Nida Xəbər
Nazir müavini prokurorluq orqanlarına işə qəbuldan DANIŞDI
“Bu gün 50 vakant ştat vahidi üzrə növbəti 26-cı müsabiqədə 300-dən artıq namizəd qüvvəsini sınayır. İndiyədək işə qəbulla bağlı keçirilmiş 25 müsabiqədə uğur qazanmış 1203 hüquqşünas prokurorluq işçilərinin 89,1% faizini təşkil edir”.
Publika.az xəbər verir ki, bunu Baş prokurorun müavini Heydər Məmmədov jurnalistlərə açıqlamasında deyib.
H.Məmmədov bildirib ki, hazırda müsahibənin I-test mərhələsi keçirilir.
“Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə həyata keçirilən bu test mərhələsində, prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan 300-dən artıq namizəd iştirak edir. Prokurorluq orqanlarında işə qəbulla bağlı imtahanlar ilk dəfə ulu öndər Heydər Əliyevin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə əsasən keçirilib.
2002-ci ildən etibarən artıq 25 müsabiqə təşkil edilib. Bu müsabiqələrdə uğur qazanan 1203 gənc hüquqşünas prokurorluq orqanlarında işə qəbul olunub. Hazırda onlar prokurorluq əməkdaşlarının 89,1 faizini təşkil edir” - deyə o, əlavə edib.
“Sevindirici haldır ki, hazırda müsabiqə yolu ilə qulluğa qəbul olunmuş işçilərin bir çoxu yuxarı təsnifat vəzifələrə irəli çəkilib, o cümlədən 169 nəfər hazırda müstəqil rayon və şəhər prokuroru kimi və müstəqil struktur qurumların rəhbəri kimi fəaliyyət göstərir və onlardan bir neçəsi xüsusi ali rütbə alıb” - deyə H.Məmmədov əlavə edib.
-
Ekologiya19:00Azərbaycana yaz gəldi
-
ABŞ18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı
-
İnanc18:00Tüstüdən gələn mistik güc: Cansız daş da can tapa bilər, əgər...
-
Nida Xəbər 17:06Mehriban Əliyeva xalqımızı bayram münasibətilə təbrik etdi
-
Rəsmi xronika16:32İlham Əliyev onu nazir müavini təyin etdi - Foto
-
Nəqliyyat16:00Bakıda sürücüsüz nəqliyyat dövrü başlayır: Birdən-birə şəhərin küçələrinə buraxılacaq?
-
Nida Təhlil 15:00Bu ixtisası bitirən çağırışçıların nəzərinə: 1 il müddətinə orduda…












.jpg)




.jpg)
.jpg)













.jpg)


