Nida Xəbər
Oqtay Şirəliyev cərimələndi - Nə baş verib?
Sabiq səhiyyə naziri Oqtay Şirəliyev barəsində inzibati xəta protokolu tərtib olunub.
Publika.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, sabiq nazirin adına yazılan protokol İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə irəli sürülüb.
Buna səbəb isə sabiq nazirin hazırda rəhbəri olduğu "Respublika Diaqnostika Mərkəzi" Açıq Səhmdar Cəmiyyətinin (ASC) gömrük qaydalarını ciddi şəkildə pozması olub.
İXM-nin 491.1-ci maddəsinə əsasən, bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin 30 faizindən 100 faizinədək məbləğdə cərimə edilir.
İş Xəzər Rayon Məhkəməsinin hakimi İlham Cəfərzadənin icraatındadır.
-
Sosial01:41
Mağazadan üç toyuq aldı, yarım kilosu buz çıxdı - ŞİKAYƏT / VİDEO
-
Region00:36
İranda məcburi hicaba etiraz edən tələbə qız SOYUNDU - VİDEO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Mənasız məsələlər az sonra ciddiləşəcək
-
Region2 Noyabr 23:48
Türkiyə yenə SİLKƏLƏNDİ
-
Sosial2 Noyabr 22:24
Azərbaycanlı blogerdə xərçəng aşkarlandı - FOTO
-
İdman2 Noyabr 21:36
"Mançester Siti" sensasiyalı şəkildə MƏĞLUB OLDU
-
ABŞ2 Noyabr 21:00
Bu məktəbə süpürgəçinin adı verildi - FOTO
-
Elm və təhsil2 Noyabr 20:36
Bəzi müəllimlər cinsiyyətə aid dərsləri keçmirlər - SƏBƏB NƏDİR?