Nida Xəbər
Türkiyəli nazirdən “Zəngəzur dəhlizi” ilə bağlı önəmli açıqlama: Yaxın günlərdə...
Azərbaycanın şərq rayonlarından Naxçıvana nəqliyyat dəhlizi həm İran, həm də Ermənistan ərazisindən keçə bilər.
Publika.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu “Kanal 7”-yə müsahibəsində deyib.
O bildirib ki, birinci halda dəhlizin uzunluğu 61, ikinci halda isə 43 km olacaq.
“Zəngəzur dəhlizi” Bakı-Tbilisi-Qars xəttinə alternativdir və bu da onun imkanlarını artıracaq. Layihə Xəzər dənizini keçərək Azərbaycandan Ermənistana və ya İrana, oradan isə Naxçıvan, Dilucə, İğdır, Qarsa keçəcək. Azərbaycan tərəfində mühüm hissələr tikilib, Naxçıvan tərəfdə mövcud xəttin bərpasına başlanacaq, Türkiyə tərəfində 224 km-lik tender keçirmişik, daha sonra tikintiyə başlayacağıq”, - deyə Türkiyə nümayəndəsi bildirib.
“Dəhliz İran və ya Ermənistandan keçəcək, tərəflərlə bu danışıqları birbaşa Azərbaycan aparır. İlkin olaraq İran məsələsində müəyyən irəliləyiş əldə olunub və son günlər Ermənistan tərəfi ilə bağlı inkişaf var ki, bu da yaxın günlərdə bəlli olacaq”, - deyə Uraloğlu vurğulayıb.
Nazirin sözlərinə görə, yaxın gələcəkdə onlar Azərbaycandan keçən ən qısa dəhlizlə türk dünyasına qoşulacaqlar.
Tural
-
Region14:40
Paşinyan 9 noyabr bəyanatını imzalaması haqda: Heç kimin fikri məni...
-
Rəsmi xronika13:55
İlham Əliyev Efiopiya prezidenti ilə görüşdü
-
Ekologiya13:10
Sabah hava çiskinli olacaq - PROQNOZ
-
Rəsmi xronika12:44
İlham Əliyev Məhəmməd Yunus ilə görüşdü - YENİLƏNDİ
-
Nida Xəbər 11:52
Ərdoğan ilə Bakıya gələn jurnalistə görün nə hədiyyə etdilər - FOTO
-
Dünya11:04
Qaçış planı: Trampdan qorxan şahzadə Harri və Meqan Markl bu ölkədə EV ALDILAR
-
ABŞ10:52
Pentaqonda misli görünməmiş silkələnmə: Tramp onları qovacaq - SİYAHI HAZIRLANIR
-
Rəsmi xronika10:13
FİFA prezidenti İlham Əliyevə təşəkkür etdi