Nida Xəbər
İranlı nazir Şahin Mustafayevlə görüşdü - FOTO
İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq Tehranda səfərdə olan Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb.
Publika.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
İranlı nazir bildirib ki, Azərbaycanla əlaqələr İran üçün çox önəmlidir və bu əlaqələr yaxın gələcəkdə daha da genişlənəcək.
Azərbaycanın İrandakı səfirliyini yenidən açmasına çox məmnun olduğunu bildirən Fərzanə Sadiq deyib:
"Təklif edirəm ki, 16-cı Birgə İqtisadi Komissiyanın iclası tezliklə Tehranda keçirilsin ki, bütün əməkdaşlıq sahələrini nəzərdən keçirə bilək. Biz Şimal-Cənub dəhlizinin inkişafında dönüş nöqtəsi sayılan Rəşt-Astara dəmir yolunun tikintisinə başlamışıq. Bu dəmir yolu infrastrukturunun inkişafında Azərbaycanın əməkdaşlığı çox vacibdir. Bundan əlavə, iki ölkə arasında 15 milyon ton yük tranziti hədəfinə çatmaq üçün plan hazırlanmalıdır".
Nazir qeyd edib ki, liman və dəniz sahəsində əməkdaşlığa gəlincə, bu sahəyə dair saziş layihəsini bir ay ərzində tamamlamaq üçün birgə iclas keçirmək lazımdır.
-
Banklar 21:36
Bu gecə Azərbaycanda bank kartları İŞLƏMƏYƏCƏK
-
Magazin120:48
"Rəhim Rəhimlini öldürən o olub" - VİDEO
-
İKT20:36
Əli Əhmədovun bacısı oğluna yüksək VƏZİFƏ VERİLDİ
-
Magazin220:24
Ögey anası ilə gizli eşqə qadağa... - FOTO
-
Sosial20:00
Əhalinin NƏZƏRİNƏ: sabah bu ərazilərdə QAZ OLMAYACAQ
-
Sosial19:12
Polkovnik Vüqar İbrahimli vəzifəsindən AZAD EDİLDİ - FOTO
-
Sosial19:00
Azərbaycanda əlilliyi olan şəxslər və uşaqlarla bağlı XÜSUSİ QRUP YARADILDI
-
Nida Xəbər 17:02
Putin Bakıya gələcək? - Peskov açıqladı