Nida Xəbər
Zaur Mikayılov Bərdədə qəbul keçirdi - FOTO
Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov oktyabrın 18-də Bərdə Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında Bərdə, Tərtər və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Publika.az xəbər verir ki, qəbuldan öncə Z.Mikayılov və Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Daha sonra agentliyin sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, suvarma suyunun limitinin artırılması, yeni subartezian quyularının qazılması, içməli su təchizatı, kanalizasiya sistemlərinin yenidən qurulması və digər məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
-
Digər20:10
Elektrik və internet kəsilə bilər - XƏBƏRDARLIQ
-
Nida Xəbər 19:35
İstanbulda Azərbaycanla Ermənistan arasında sülh danışıqları keçirilir - FOTO
-
Hadisə19:20
Hərbçimiz özünü öldürdü, cinayət işi açıldı
-
MDB19:10
Rusiya heç bir halda buna icazə verməyəcək - Putin
-
Ekologiya18:11
Külək, leysan, qar... - FAKTİKİ HAVA
-
Region17:33
Pezeşkianın Moskvaya səfəri gözlənilir: Tərəfdaşlıq sazişi imzalanacaq
-
Sosial16:53
Palata AMEA ilə bağlı prokurorluğa müraciət etdi
-
Sosial15:37
Nazir Salyana rəis təyin etdi