Nida Xəbər
Xarici qüvvələrin regionda öz təhlükəli gündəlikləri... - Ceyhun Bayramov
Xarici qüvvələrin regionda öz təhlükəli gündəlikləri, o cümlədən ziddiyyətli hərbiləşdirmə ilə məşğul olmaqla geosiyasi eskalasiya və bölücü xətlərinin regionumuza proyeksiya cəhdlərini artırması fonunda regional fəaliyyət və dialoq daha da vacibdir.
Publika.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin İstanbul şəhərinə işgüzar səfəri çərçivəsində “3+3” regional məşvərət formatının görüşündə çıxış edərkən deyib.
Toplantıda mövcud şəraitdə bölgə dövlətlərinin beynəlxalq hüququn prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, daxili işlərə qarışmama əsasında regionumuza sahib çıxmasının, bölgəmizin problemlərinin həll yollarını məhz region çərçivəsində axtarması, regional təhlükəsizliyimizi bölünməz anlayış olaraq qəbul etməsinin əhəmiyyəti qeyd olunub.
Həmçinin, Azərbaycanın müstəqilliyinin bərpa olunmasından bəri bölgə dövlətləri ilə qarşılıqlı hörmət, maraqlar balansı və legitim təhlükəsizlik narahatlıqları nəzərə alınmaqla qarşılıqlı faydalı əməkdaşlıq etdiyi, bunun nəticəsində Bakı-Tbilisi-Qars, Şimal-Cənub dəhlizi kimi bir sıra regional, o cümlədən qlobal əhəmiyyətli layihələrin həyata keçirildiyi bildirilib.
Birgə layihələrin Naxçıvan Muxtar Respublikasını da əhatə etməsi, xüsusilə İran ərazisindən keçərək Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən kommunikasiyaların tezliklə tamamlanmasına dair ümidvarlıq ifadə olunub.
-
MDB04:28
Ukrayna TƏHLÜKƏDƏ: Rusiya bu raketlə vuracaq
-
Magazin203:19
Məşhur aktyor vəfat etdi
-
Dünya01:40
SEPAH generalı ABŞ səfirliyinə sığındı
-
İdman01:20
Şok iddia: Sadıqov ev dustaqlığındadır
-
Qoroskop00:40
Günün qoroskopu: gəlirlərinizi artırmaq şansınız olacaq
-
Ekopublika.az11 Dekabr 23:47
Ev almaq istəyənlərin nəzərinə! - Bu ərazilərdə qiymətlər bahalaşacaq
-
İdman11 Dekabr 23:35
“Forbes” “top-10”-u açıqladı: Ən çox qazananlar kimlərdir?
-
İKT11 Dekabr 22:38
Sosial şəbəkələrə nə oldu?