Nida Xəbər
Bu şəxslərə işə qəbuldan imtinanın səbəbləri açıqlanmayacaq
Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri şəxsin həmin subyektlərdə həqiqi hərbi xidmətə (işə) qəbul olunmasından imtina edilməsi səbəblərini açıqlamaq öhdəliyi daşımayacaqlar.
Publika.az xəbər verir ki, bununla bağlı Milli Məclisin oktaybrın 22-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilmiş “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanuna yeni maddə təklif edilib.
Dəyişikliyin əsas məqsədi həmin subyektlərdə fəaliyyət istiqamətlərinə uyğun olaraq konfidensiallığın qorunub saxlanılmasıdır.
Təklif edilən növbəti dəyişikliyə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə Azərbaycanın kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hüquqlarının genişləndirilərək xarici dövlətlərin xüsusi xidmət və hüquq mühafizə orqanları ilə müvafiq proqramlar çərçivəsində kadrların hazırlanması, təkmilləşdirilməsi və ixtisaslarının artırılması sahəsində də əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.
-
Sosial00:15
Deputatların rəqsi gündəm oldu - VİDEO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Münaqişəyə səbəb ola bilərsiniz
-
Sosial7 Dekabr 23:36
Yeni ili bölgələrdə qarşılamaq görün neçəyə başa gələcək - QİYMƏTLƏR / VİDEO
-
İdman7 Dekabr 22:36
Premyer Liqanın futbolçusu ağır qəzaya düşdü - FOTO
-
Hadisə7 Dekabr 21:48
Sumqayıtdan ACI XƏBƏR: partlayış zamanı xəsarət alan...
-
Magazin17 Dekabr 21:24
"Bəxtim kişi tərəfdən gətirməyib"
-
Art7 Dekabr 21:00
“Ermənilər bunu eşidib həyasızlıq saldılar” - VİDEO
-
Region7 Dekabr 20:36
Təbrizdə GÜCLÜ PARTLAYIŞ - Ölənlər var