Paşinyan Əliyevə üz tutdu, Bayramovu çağırdılar, Mirzoyan da qoşuldu: Kazanda qızğın söhbət - VİDEO
Bizi izləyin

Nida Xəbər

Paşinyan Əliyevə üz tutdu, Bayramovu çağırdılar, Mirzoyan da qoşuldu: Kazanda qızğın söhbət - VİDEO

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan BRİKS+ plenar iclasında intensiv müzakirələr aparıblar.

Publika.az xəbər verir ki, görüşdə iki lider bir-birinin yanında oturublar. Çıxışlar başlayanda Paşinyan Əliyevə üz tutub. Onlar fikir mübadiləsi aparıblar, sonra xarici işlər nazirlərini söhbətə qoşulmağa dəvət ediblər - əvvəlcə Ceyhun Bayramov, sonra Ararat Mirzoyan gündəmə gəlib. Nəticədə 4 nəfər arasında danışıqlar davam etdirilib.

Maraqlıdır ki, müzakirə digər sammit iştirakçılarının, xüsusilə Mavritaniya nümayəndəsinin çıxışları zamanı aparılıb.

İki həftədən bir qədər artıq müddətdə ikinci dəfədir ki, belə qeyri-rəsmi fikir mübadiləsi Rusiyada baş verir. Bundan əvvəl Paşinyanla Əliyev arasında qeyri-rəsmi ünsiyyət Moskvada MDB sammiti çərçivəsində baş tutub.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm