Nida Xəbər
Roma papalarının Azərbaycan hökmdarları ilə hansı yazışmaları olub? - VİDEO
"Baku" TV-də "Dünya arxivlərindən Azərbaycan" adlı araşdırma yayımlanıb.
Publika.az xəbər verir ki, aparılan araşdırmalar zamanı Vatikan Məxfi Arxivlərində Azərbaycana aid 85 sənəd aşkarlanıb. Onların dördü Qafqaz Albaniyasına aiddir. Bu sənədlər latın, italyan, yunan, fransız, həmçinin türk, fars, ərəb, monqol və s. dillərdədir.
Filologiya üzrə fəlsəfə doktoru Samirə Əliyeva Vatikanda saxlanılan Azərbaycan sənədlərindən bəhs edərkən onu qeyd edib ki, onlardan 1000 səhifəyə yaxınını ölkəmizə gətirmək mümkün olub:
"Onların arasında əsasən tarixi sənədlər önəmli yer tutur. Həmin sənədlər 10-20-ci əsrləri əhatə edir. Səfəvi hökmdarları - İsmayıla, Təhmasibə, Abbasa, Hüseyn Səfəviyə yazılan məktublar Vatikan arxivlərində saxlanılır".
Rəflərin və stellajların uzunluğu 85 kilometr olan adıçəkilən zəngin arxivdəki sənədlərimizin bərpaya ehtiyacı olduğu məlumdur. Buradakı milyonlarla sənədlərin içərisindən Azərbaycana aid materialların tapılması isə asan məsələ olmayıb. Vatikan Məxfi Arxivində işləmək imkanı qazanan mərhum Fərid Ələkbərli araşdırma aparan alimlərimizdən olub. Onun "Vatikan arxivlərində saxlanılan Azərbaycana aid əlyazmalar" kitabında bir çox vacib sənədlər haqqında geniş məlumat verilib. Samirə Əliyeva bildirib ki, F.Ələkbərli Vatikanın Məxfi Arxivlərində işləyərkən orada saxlanılan sənədlərin 20 faizinin kataloqa alındığını qeyd edib. Buna görə də, arxivlərdə işləmək çox çətin olub:
"Fərid Ələkbərli məxfi arxivlərlə yanaşı, Vatikan Apostol Kitabxanasında da geniş tədqiqat işləri apararaq Nizami Gəncəvinin, İmadəddin Nəsiminin, Məhəmməd Füzulinin əsərlərini əldə edib. Eyni zamanda, orta əsrlərə aid, elmə məlum olmayan doqquz azərbaycanlı müəllifin əsərlərini də əldə edib. Hətta zamanında F.Ələkbərli həmin arxivlərdə işləyərkən elə məlumatlar toplayıb ki, onlar hələ bizə məlum deyildi".
Sözügedən sənədlər arasında Roma papalarının orta əsr Azərbaycan hökmdarları ilə yazışmalarını əks etdirən materiallar var. Onların Abağa xan, Arqun xan kimi Elxani hökmdarları, eyni zamanda, Ağqoyunlu hökmdarı Uzun Həsən ilə münasibətləri mövcud olub, eləcə də Səfəvi saraylarına dəfələrlə diplomatlarını və missionerlərini göndəriblər. Orta əsrlərdə Azərbaycanı idarə edən sülalələrin nümayəndələri Vatikan, Genuya, Venesiya və İtaliyada yerləşən digər şəhərlər, həmçini ölkələrlə güclü siyasi və iqtisadi əlaqələr yaradıblar.
Ətraflı süjetdə:
-
Dünya14:50
Milyonlarla suriyalı artıq geri qayıda bilər - Hakan Fidan
-
Digər14:40
Günəşdə iki böyük partlayış oldu
-
Kriminal14:30
Şəmsi Səmədzadə həbs olundu
-
Yaxın Şərq14:00
Əsədin tutulmasına yardım edənə bu qədər pul veriləcək
-
Dünya13:15
Bəşər Əsəd öldü - "Reuters"
-
Hadisə13:05
Politoloq Azər Qasımlı saxlanıldı
-
Hadisə12:15
Azərbaycanda qulağına səslər gələn 33 yaşlı kişidən DƏHŞƏTLİ ƏMƏL: həyat yoldaşını...
-
Dünya11:55
Türkiyədə yaşayan suriyalılar Əsədin devrilməsini belə bayram edirlər - FOTOLAR