Rəsmi xronika
Azərbaycan lideri Avropa Şurasının Baş katibi ilə görüşdü - FOTO/YENİLƏNDİ
Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşüb.
Publika.az xəbər verir ki, Avropa Şurasının Baş katibi Ermənistanla Azərbaycan arasında əldə olunmuş nailiyyətlər münasibətilə dövlət başçısına təbriklərini çatdırdı.
Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirdi.
Söhbət zamanı Vaşinqton görüşündə ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılmasına, iki ölkə arasında münasibətlərin normallaşmasına dair sazişin paraflanmasına və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış Vaşinqton Bəyannaməsinin əhəmiyyətinə toxunuldu. Bütün bunların regionda davamlı sülhün təmin olunması baxımından vacibliyi qeyd edildi.
Alen Berse Avropa Şurasının regional sülh gündəliyini dəstəklədiyini vurğuladı.
Avropa Şurasının Baş katibi COP29 dövründə Azərbaycana səfərini, həmin vaxt və digər beynəlxalq tədbirlər çərçivəsində dövlət başçısı ilə görüşlərini məmnunluqla xatırladı.
Görüşdə Azərbaycanla Avropa Şurası arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.
xxx
21:40
Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşüb.
Publika.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
-
İdman18:24Dünya çempionatında Azərbaycana ilk medalı o qazandırdı
-
Magazin114:24Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
-
Rəsmi xronika13:40İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 12:46İlham Əliyevlə Putin arasında telefon danışığı - Nələr müzakirə olunub?
-
MDB12:00Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
-
İdman11:24Dünyanın ən seksual voleybolçusu bu FOTOLARLA fanatlarını dəli etdi
-
Dünya10:54Son dəqiqə: Netanyahu Trampla görüşə bilmək üçün Qəzza ilə bağlı qərarı təsdiqlədi
-
Sosial10:44Bu şəxslərə 3 il müavinət ödəniləcək























.jpg)



.webp)










