Tramp: "London "şəriət qanunları"na keçmək istəyir"
Bizi izləyin

ABŞ

Tramp: "London "şəriət qanunları"na keçmək istəyir"

"London hazırda “şəriət qanunlarına” keçmək istəyir".

Publika.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Nyu Yorkda BMT Baş Assambleyasında çıxışı zamanı Avropanın immiqrasiya siyasətini tənqid edərkən bildirib.

"İndi şəriət qanunlarına keçmək istəyirlər, amma siz başqa ölkədəsiniz. Bunu edə bilməzsiniz", - Ağ Ev rəhbəri deyib.

Tramp London meri Sadiq Xanı “dəhşətli” adlandıraraq, Britaniya paytaxtının “çox dəyişdiyini” deyib.

Sentyabrın 13-də Londonun Whitehall meydanında 110 mindən çox insan qeyri-qanuni mühacirlərin qəbuluna qarşı nümayiş keçirib. Əsas “Krallığı birləşdirin” aksiyası hökumətin qeyri-qanuni mühacirlərin hökumət tərəfindən maliyyələşdirdiyi otellərdə yerləşdirilməsi və müsəlman qadın Şabana Mahmudun daxili işlər naziri təyin edilməsi fonunda baş tutub.

Londonda mühacir əleyhinə etirazlar zamanı 9 nəfər həbs edilib . Hüquq-mühafizə orqanları ictimai iğtişaşlarda iştirak edən digər şəxslərin də fəal surətdə axtarışa verildiyini vurğulayıblar.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm