Nida Xəbər
Ermənistan və Azərbaycan sülh müqaviləsinin bütün mətnini razılaşdırıb? - İrəvan açıqladı
Ermənistan və Azərbaycan hələlik sülh müqaviləsinin bütün mətni üzrə razılığa gəlməyiblər.
Publika.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan jurnalistlərə bildirib.
“Hazırda sazişin bütün bəndləri üzrə yekun razılıq yoxdur. Razılaşdırılmamış məqamlarla bağlı danışıqlar hələ də davam edir. Eyni zamanda, Ermənistan Konstitusiyası məsələsi sülh müqaviləsinin bəndi deyil”, - Kostanyan deyib.
O qeyd edib ki, Ermənistan sonuncu dəfə Azərbaycana 16 bəndlik paket verib.
Kostanyan qeyd edib ki, Bakıda keçiriləcək COP29 sammitinə səfərlə bağlı da yekun qərar yoxdur.
Noyabrın 5-də Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb ki, İrəvan Azərbaycandan sülh müqaviləsi ilə bağlı yeni təkliflər alıb.
Tural
-
İdman09:30Gürcüstanda ara qarışdı: Kvaratsxeliyaya görə
-
Dünya08:49Kim Çen İnin gizli sualtı silahları...
-
Ekopublika.az08:10Azərbaycanda minimum maaş iki dəfədən çox arta bilər - Tarix verildi
-
Magazin207:35Xalq artisti gənc nişanlısı ilə evlənmək üçün Putindən icazə alacaq
-
Magazin203:44"Friends" serialının aktyoru vəfat etdi
-
Nida Xəbər 02:19“Balaca Heydər böyüyüb, iki oğlu var” - Prezident
-
Qoroskop01:40Günün ulduz falı: Xoş etiraflar gözlənilir
-
İdman24 Dekabr 22:56Vernidubun “Neftçi”yə gətirmək istədiyi futbolçunun adı açıqlandı - FOTO












.webp)












