Kim Çen İnin gizli sualtı silahları...
Bizi izləyin

Dünya

Kim Çen İnin gizli sualtı silahları...

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen İn yeni gizli sualtı silahların hazırlanması planları ilə tanış olub, yeni zenit raketlərinin sınaq buraxılışını izləyib.

Publika.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Məlumata görə, Şimali Koreya lideri strateji idarəolunan raketlərlə təchiz edilmiş, 8,7 min ton su tutumuna malik atom sualtı qayığının inşa edildiyi yerə baş çəkib və işlərin gedişi barədə məruzəni dinləyib.

Dekabrın 24-də, həm də KXDR-in Baş Raket İdarəsi Yapon dənizi istiqamətində hazırlanmış ən yeni yüksək hündürlüklü, uzaq mənzilli zenit raketlərinin sınaq buraxılışını həyata keçirib. Ölkə lideri sınaqları şəxsən izləyib. Buraxılan raketlər təxminən 200 kilometr məsafədə yerləşən simulyasiya edilmiş hava hədəflərini dəqiq vurub.

Kim Çen In sonda Hərbi Dəniz Qüvvələrinin yenidən təşkil edilməsi və yeni hərbi hissənin yaradılması barədə strateji niyyətini ortaya qoyub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm