Hadisə
İçkili halda 102-yə zəng etdi, həbs olundu
Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edən sərxoş kişi həbs edilib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, rayon sakini, 1981-ci il təvəllüdlü İntizam Fərhadov (ad-soyad şərti verilib – red.) 102 qaynar xəttinə zəng edib və məlumatı qəbul edən operatorun ünvanına nalayiq ifadələr işlədib, xidmətin iş rejimini pozub.
İş üzrə izahat verən Fərhadov bildirib ki, içkili olduğu üçün özündə olmayıb və bu səbəbdən Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edib: “Məlumatı qəbul edən operatorun ünvanına nalayiq ifadələr işlətdim. Əməlimdən səmimi peşmanam. Bir də belə hallara yol verməyəcəm”.
Fərhadovun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.
Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə o, 12 gün müddətinə həbs edilib.
-
MDB09:12Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı
-
Rəsmi xronika09:04Bakıda mühüm tədbir: İlham Əliyev iştirak edir - Canlı
-
Nəqliyyat08:49Bakıda taksi sürücülərinin gizli oyunu - Bunu istəsələr, etməyin!
-
Hadisə07:35Zəhranın öldüyü qəzada sürücünü hansı cəza gözləyir?
-
Sosial02:44Bakı səmasında möhtəşəm hilal görüntüsü - Foto
-
Qoroskop00:45Günün ulduz falı: gələn təkliflər yeni qapılar açacaq
-
Hadisə17 İyun 21:39Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı - Mən o videoya baxdım...
-
ABŞ17 İyun 21:13"Arthur" yaxınlaşır - Cümə günü faciə törədəcək










.jpg)




.jpg)







.jpg)








