İdman
Gürcüstanda ara qarışdı: Kvaratsxeliyaya görə
PSJ-nin gürcüstanlı futbolçusu Xviça Kvaratsxeliya 2025-ci ilin yekunlarına görə Gürcüstanın ən yaxşı idmançısı seçilməyib.
Publika.az xəbər verir ki, bu, onun Çempionlar Liqasını qazanmasına baxmayaraq baş verib. Nəticədə insanlar və yerli futbol ictimaiyyəti bu qərardan narazı qalıblar.
Gürcüstan Milli Olimpiya Komitəsi 2025-ci ilin ən yaxşı idmançıları kimi sablyaçı Sandro Bazadze və cüdoçu Eter Lipartelianini elan edib. Bazadze karyerasında ilk dəfə qılıncoynatma üzrə dünya çempionatının qızıl medalını qazanıb, Liparteliani isə Gürcüstan tarixində cüdo üzrə dünya çempionatında qızıl medal əldə edən ilk qadın idmançı olub.
Oyun növləri üzrə Gürcüstanın ən yaxşı idmançısı adına isə basketbol üzrə milli komandanın kapitanı Tornike Şengeliyanın layiq görüldüyü bildirilib.
Bu seçimlər bir çoxunu təəccübləndirib və narazılıqlara səbəb olub. Bəzi şəxslər isə bunu 24 yaşlı futbolçuya və onun əməyinə hörmətsizlik kimi qəbul edib.
Xatırladaq ki, Xviça Kvaratsxeliya 2025-ci ildə Çempionlar Liqasının, Fransa və İtaliya çempionatlarının, UEFA Superkubokunun, Fransa kubokunun və qitələrarası kubokun qalibi olub. Bundan əlavə, o, Çempionlar Liqasının və qitələrarası kubokun finalında qol vurub, klublararası dünya çempionatının finalçısı olub və "Qızıl top" səsverməsində 12-ci yeri tutub.
Heybət
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi
-
Region18:48Müəllimin geyimi müzakirə mövzusu oldu
-
Nida Xəbər 17:36BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf






.jpg)





























