Nida Xəbər
Ordumuzun vurduğu Rusiya helikopteri ilə bağlı SENSASİYA
2020-ci il noyabrın 9-da Azərbaycan hərbçiləri tərəfindən vurulan Rusiya helikopteri həmin gecə transponderləri söndürərək, sərhədin Naxçıvan hissəsinə qədər irəliləyən erməni kolonunu müşayiət edib.
Publika.az xəbər verir ki, bu barədə “Caliber”in məqaləsində qeyd olunur.
Nəşr yazır ki, Bakı o zaman məsələni açıq şəkildə təqdim etmək əvəzinə, geri addım atmağı seçdi:
“Azərbaycan Prezidenti İlham Əliyev həmin vaxt haqlı olaraq onun qanuni hədəf olduğunu deyə bilərdi. Amma o, kişi kimi davrandı, üzr istədi, helikopterin təzminatı və həlak olanların ailələrinə kompensiyasiya ödənildi”.
“Caliber” 2023-cü il sentyabrında keçirilən antiterror əməliyyatları zamanı rus sülhməramlılara məxsus avtomobilin atəşə tutulması ilə bağlı detalları da açıb:
“Rusiya sülhməramlı kontingentinə əvvəlcədən xəbərdarlıq edilib ki, antiterror əməliyyatı keçirilən gün onların yeganə vəzifəsi bazada qalmaq olub. Kontingentin böyük əksəriyyəti bu “çətin” tapşırığın öhdəsindən uğurla gəldi. Lakin xəbərdarlıqlara məhəl qoymadan və Azərbaycan tərəfinə məlumat vermədən bazanı tərk etmək qərarına gələn bir neçə zabit oldu. Döyüş şəraitində istənilən razılaşdırılmamış hərəkət edən avtomobil avtomatik olaraq hədəfə çevrilir və təəssüf ki, o zabitlər də məhz bu səbəbdən atəşə məruz qaldı. Amma onlara açıq-aydın bazada qalmaq təlimatı verilmişdi. Vəziyyətin faciəvi olmasına baxmayaraq, Azərbaycan tərəfi baş verənlərə görə məsuliyyəti öz üzərinə götürdü, üzr istədi və hadisə ilə əlaqəli şəxsləri məsuliyyətə cəlb etdi”.
-
Magazin103:18
Vüsalənin səhhətində problem yarandı: çəkilişi təxirə saldı
-
ABŞ02:43
Trampdan transgenderlərlə bağlı SƏRT QƏRAR
-
İdman02:19
Tarixin ən yaxşı amerikalı boksçuları: Tayson 3-cüdür, Əli isə…
-
ABŞ01:40
Vaşinqtona uçan təyyarə qəza enişi etdi: yaralılar var - VİDEO
-
İdman01:10
Qurban Qurbanovdan ŞOK QƏRAR
-
Qoroskop00:30
Günün qoroskopu: Gələcək planlarınıza uyğun hərəkət edin!
-
Magazin124 Yanvar 22:50
Rəşad Dağlının ailəsinə AĞIR İTKİ
-
Dünya24 Yanvar 22:38
Faciənin yaşandığı hotelin sahibi həbs edildi