Magazin1
Tünzalənin Hollivud sayağı fotosessiyası
Xalq artisti Tünzalə Ağayeva növbəti dəfə imicini dəyişib.
Publika.az xəbər verir ki, pop ulduz uzun sarı saçlarını dəyişərək, qısa qəhvəyi tonlarına keçib. Müğənni yeni imicində kamera qarşısına keçib. Estrada ulduzunun klassik Hollivud filmləri tərzində olan fotosessiyasını fotoqraf Anfisa Bessonova gerçəkləşdirib.
Əsrarəngiz görünən Xalq artistinin saçları üzərində məşhur stilist Fərid Bağırov çalışıb.
Ağayevanın fotosessiyasındaki stylingini stilist Şamxal Ramazanlı edib. Ağlara bürünən pop ulduzun geyimi “Jamaloff’s Couture” aiddir.
Makiyaj və saç düzümü üzərində stilist Sabir Bağırov çalışıb.
Layihənin prodüseri isə Yalçın Cabbarovdur.
Xalq artisti Tünzalə Ağayeva imicinin belə tez dəyişməsini belə açıqlayıb: “Saç tərzimin belə tez dəyişməsini mənim sevənlərim istədi. Bir çox pərəstişkarım məni qısa və tünd rəngli sevib. Bu baxımdan hər zaman olduğu kimi Fərid Bağırov və onun komandasına dərin təşəkkürümü bildirirəm. Lalə və Romana da minnətdaram ki, növbəti dəfə uğurlu işə imza atdılar. Bu fotosessiyanın tərzi klassik Hollivud filmləridir. Bizim istəyimiz yeni imici məhz belə mükəmməl fotosessiya ilə tamaşaçılarımıza göstərmək idi. Qeyd edim ki, fotosessiyanın ideya müəllifi də şəxsi stilistim Şamxaldır”.
Sözügedən yeni fotosessiyanı təqdim edirik:
-
İdman10:00
Tovuzda ara qarışdı: Ehtiram Quliyev istefaya gedir?
-
ABŞ09:24
Trampın planı bəlli oldu: Neftin qiymətini bu yolla aşağı salacaq, dünyada hər şey...
-
MDB07:30
Onun zənginə görə Putin iclası tərk etdi - VİDEO
-
Magazin106:46
Tünzalənin Hollivud sayağı fotosessiyası
-
Magazin204:44
Görün onlar kimin qardaşı qızlarıdır
-
Sosial03:43
Bakıda zirzəmisi insan sümükləri ilə dolu MƏSCİD - VİDEO
-
Region01:41
İran prezidenti dilə gəldi: "İmkan verin işləyim" - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu, romantik münasibətlərdə dərinlik yaradacaq