Trampdan transgenderlərlə bağlı SƏRT QƏRAR
Bizi izləyin

ABŞ

Trampdan transgenderlərlə bağlı SƏRT QƏRAR

ABŞ Prezidenti Donald Tramp transgender qadınların (doğuşdan kişi olanların) kişi həbsxanalarına köçürülməsinə dair yeni sərəncam imzalayıb.

Publika.az xəbər verir ki, bu barədə "The New York Times" yazıb.

Bildirilir ki, bununla cinsini dəyişən kişilərin kameralarında bioloji qadınlara qarşı zorakılıq etməsinin qarşısını almaq hədəflənir.

Federal həbsxanalara dövlət başçısının "Qadınları gender ideologiyası ekstremizmindən qorumaq və federal hökumətdə bioloji həqiqəti bərpa etmək" başlıqlı sərəncamı göndərilib.

Məhbuslara cinsiyyət dəyişdirmə əməliyyatları aparmaq da qadağan ediləcək.

Qeyd edək ki, ABŞ həbsxanalarında ümumilikdə 1 500-ə yaxın transgender qadın olduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm