Nida Xəbər
Hikmət Hacıyev: "Azərbaycan tərəfdən İrana heç bir təhdid olmayacaq"
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İran İR Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşündə ikitərəfli əlaqələrin genişləndirilməsinin zəruriliyi vurğulanıb.
Publika.az xəbər verir ki, H.Hacıyev Azərbaycanın İranla bütün sahələrdə əlaqələri inkişaf etdirmək əzmində olduğunu bəyan edib.
Prezidentin köməkçisi deyib ki, Azərbaycan İranla heç bir məhdudiyyət olmadan və qarşılıqlı fayda əsasında mehriban qonşuluq şəraitində siyasi, iqtisadi və mədəni əlaqələri inkişaf etdirməkdə maraqlıdır. Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərdə əsas məqam etimadın gücləndirilməsi və anlaşılmazlıqların aradan qaldırılmasıdır.
H.Hacıyev qeyd edib ki, Azərbaycan tərəfdən İrana heç bir təhdid olmayacaq.
İran Prezidentinin müşaviri Mehdi Sənayi isə öz növbəsində bildirib ki, Azərbaycan İran üçün təkcə mühüm və dəyərli qonşu deyil, iki ölkənin xalqları bir-birinə qohum və dostdurlar.
Onun fikrincə, iki ölkə arasında münasibətlərin səviyyəsi sırf diplomatik formatdan kənara çıxmalı, digər dövlət və özəl sahələrə də yayılmalıdır:
"İnsanlar arasında təmasların dərinləşməsi əməkdaşlığın inkişafına böyük təsir göstərəcək. İranın öz qonşuları, o cümlədən Azərbaycan ilə münasibətlərdə əsas məqsədi strateji əlaqələr qurmaq, istənilən gərginlikdən uzaq olmaqdır".
M.Sənayi əlavə edib ki, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi çox kiçikdir: "Biz makroiqtisadi və ticarət layihələrini müəyyən etməklə, iş adamlarını mədəni-iqtisadi əlaqələrin inkişafı və genişləndirilməsinə cəlb etməyə çalışmalıyıq. İki ölkənin mənafeyi naminə iqtisadi əlaqələr və ticarət şəbəkəsi yaratmaq üçün lazımi imkanlar və vacib platformalar mövcuddur". ("Report")
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Ciddi yanaşma uğurlar gətirəcək.
-
Kriminal1 Fevral 23:48
Xaçmazda DƏHŞƏT: qohumunu bıçaqladı, onun həyat yoldaşını isə...
-
ABŞ1 Fevral 23:12
ABŞ paytaxtı qəfil siçovulların istilası ilə üzləşdi
-
Magazin11 Fevral 22:00
“Xaş hambal yeməyidir”
-
Sosial1 Fevral 21:36
Bəhruz Məmmədov vəzifəsindən AZAD EDİLDİ
-
Magazin11 Fevral 21:24
Ağır qəzaya düşən Ailanın vəziyyəti necədir? - FOTO
-
Nida Xəbər 1 Fevral 21:12
İrandakı səfirliyimizin yeni inzibati binasından FOTOLAR
-
Magazin21 Fevral 20:36
Məşhur serialın aktyoru VƏFAT ETDİ