İdman
“Bavariya” zəif rəqib üzərində çətin qələbə qazandı
“Bavariya” Bundesliqanın 20-ci turunda 17-ci sırada qərarlaşan “Holştayn Kiel”i qəbul edib.
Publika.az xəbər verir ki, görüşdə münxenlilər zəif rəqib qarşısında çətin qələbə qazanıblar – 4:3. Camal Musialanın 19-cu dəqiqədə hesabı açdığı qarşılaşmada Harri Keyn dubl edib. İngilis futbolçu ilk hissənin sonuncu (45+2) və ikinci hissənin ilk dəqiqələrində (46) rəqib qapısına yol tapıb. “Bavariya”nın dördüncü qolunu 54-cü dəqiqədə Sergi Qnabri vurub. Matçın 62-ci dəqiqəsində Finn-Dominik Poratın sayəsində bu qollardan birini əvəzini çıxan qonaqların heyətində Steven Skribski görüşün əsas vaxtına əlavə olunmuş hissədə daha iki qol vuraraq (90+1 və 90+3) hesab arasındakı fərqi minimuma endirib.
Beləliklə, görüşdə 4:3 hesabı ilə qalib gələn “Bavariya” ardıcıl altıncı qələbəsini qazanaraq xallarının sayını 51-ə çatdırıb. “Holştayn Kiel” isə 12 xalla 17-ci sırada qərarlaşıb.
Turun gün ərzində oynanılan digər görüşlərində aşağıdakı nəticələr qeydə alınıb:
“Ştutqart” - “Borussiya Münxenqladbax” – 1:2;
“Haydenhaym” – “Borussiya Dortmund” – 1:2;
“Boxum” – “Frayburq” – 0:1;
“St Pauli” – “Auqsburq” – 1:1;
“Union Berlin” – “Leyptsiq” – 0:0.
Xatırladaq ki, turun açılış matçında “Verder Bremen” doğma meydanda “Maynts” üzərində minimal hesablı qələbə qazanıb – 0:1.
Tura bazar günü oynanılacaq “Ayntraxt Frankfurt” – “Volfsburq” və “Bayer Leverkuzen” – “Hoffenhaym” görüşləri ilə yekun vurulacaq.
-
Sağlamlıq02:42
Xaş yemək niyə təhlükəlidir?
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Ciddi yanaşma uğurlar gətirəcək.
-
Kriminal1 Fevral 23:48
Xaçmazda DƏHŞƏT: qohumunu bıçaqladı, onun həyat yoldaşını isə...
-
ABŞ1 Fevral 23:12
ABŞ paytaxtı qəfil siçovulların istilası ilə üzləşdi
-
Magazin11 Fevral 22:00
“Xaş hambal yeməyidir”
-
Sosial1 Fevral 21:36
Bəhruz Məmmədov vəzifəsindən AZAD EDİLDİ
-
Magazin11 Fevral 21:24
Ağır qəzaya düşən Ailanın vəziyyəti necədir? - FOTO
-
Nida Xəbər 1 Fevral 21:12
İrandakı səfirliyimizin yeni inzibati binasından FOTOLAR