Nida Xəbər
Yaşar Kələntərlinin vəfatı ilə bağlı nekroloq
Xəbər verdiyimiz kimi, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasına ağır itki üz verib. ƏHD Partiyasının Baş katibi, Milli Azadlıq Hərəkatının fəal üzvlərindən və hərəkatın lideri Əbülfəz Elçibəyin ən yaxın silahdaşlarından biri - Yaşar Kələntərli 2025-ci il fevralın 1-də, 66 yaşında ürəktutmasından qəfil vəfat edib.
Publika.az bildirir ki, Yaşar Kələntərli 31 dekabr 1959-cu ildə Bakı şəhərində anadan olub.
1977-82-ci illərdə Bakı Dövlət Universitetinin fizika fakültəsində təhsil alıb.
1985-ci ildə Azərbaycan neft sənayesində əmək fəaliyyətinə başlayıb. 1993-cü ildə Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) şöbə müdiri vəzifəsinə qədər yüksəlib.
1988-ci ildə Milli Azadlıq Hərəkatına qoşulub, 1993-2000-ci illərdə Azərbaycan Xalq Cəbhəsi (AXC) və Azərbaycan Xalq Cəbhəsi Partiyasında (AXCP) müxtəlif məsul vəzifələrdə çalışıb.
1998-2001-ci ildə Əbülfəz Elçibəyin rəhbərlik etdiyi Bütöv Azərbaycan Birliyinin (BAB) təşkilat şöbəsinin müdiri olub.
2000-2002-ci illərdə parçalanmış AXCP-nin bütövləşmə prosesində xüsusi rol oynayıb.
2002-ci ildə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) qurulmasında fəal iştirak edib, həmin ildən partiyanın təşkilat şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
2008-ci ildən təşkilati məsələlər üzrə partiya sədrinin müavini, 2016-cı ildən 2024-cü ilin martına qədər BAXCP-nin və dünyasını dəyişən tarixə qədər ƏHD Partiyasının Baş katibi vəzifəsində çalışıb.
Bildirilib ki, tanınmış siyasi xadim, ziyalı, səmimi və mehriban insan Yaşar Rəşid oğlu Kələntərlinin xatirəsi partiyadaşlarının və onu tanıyanların qəlbində daim yaşayacaq.
Allah rəhmət eləsin!
-
Magazin220:12
O mahnıdakı mesajlar haqda Ərdoğana MƏLUMAT VERİLDİ
-
ABŞ19:36
Kanada ağır şərtlər altında - Tramp başqa şan vermir
-
Səhiyyə18:48
Qonşu ölkələrdə yayılan TƏHLÜKƏ: donuz qripi Azərbaycana da keçə bilər - VİDEO
-
Sağlamlıq18:36
Portağal və naringilərdə elə maddə tapıldı ki...
-
Hadisə16:50
TƏBİB ağır yol qəzasında xəsarət alanların durumunu açıqladı
-
MDB16:00
Həmin ailənin beşinci övladı da öldü - Ana və ata qatildir?
-
Hadisə15:50
Azərbaycanda dördüncü kurs tələbəsi qəfil vəfat etdi - Foto
-
Nida Xəbər 14:50
Azərbaycanda siyasi partiyanın baş katibi vəfat etdi - Foto