Nida Xəbər
Azərbaycan Ordusunda silsilə tədbirlər keçirildi - Foto
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən 2 Fevral – Gənclər Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə bayram tədbirləri keçirilib.
Müdafiə Nazirliyindən Publika.az-a bildirilib ki, tədbirlərdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər Gənclər Gününün təntənəli surətdə qeyd olunmasının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, Ümummilli Liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsasının qoyulduğunu və bu gün də həmin siyasətin Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulayıblar.
Tədbirlərdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi, eləcə də rayon mədəniyyət şöbələrinin yaradıcı kollektivləri şəxsi heyət qarşısında maraqlı proqramlarla çıxış ediblər.
-
ABŞ19:36
Kanada ağır şərtlər altında - Tramp başqa şan vermir
-
Səhiyyə18:48
Qonşu ölkələrdə yayılan TƏHLÜKƏ: donuz qripi Azərbaycana da keçə bilər - VİDEO
-
Sağlamlıq18:36
Portağal və naringilərdə elə maddə tapıldı ki...
-
Hadisə16:50
TƏBİB ağır yol qəzasında xəsarət alanların durumunu açıqladı
-
MDB16:00
Həmin ailənin beşinci övladı da öldü - Ana və ata qatildir?
-
Hadisə15:50
Azərbaycanda dördüncü kurs tələbəsi qəfil vəfat etdi - Foto
-
Nida Xəbər 14:50
Azərbaycanda siyasi partiyanın baş katibi vəfat etdi - Foto
-
Hadisə14:40
Xəzərdə zəlzələ oldu