Nida Xəbər
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlıq məsələləri müzakirə edildi
Azərbaycanın müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstana səfər edib.
Publika.az-a nazirlikdən verilən məlumata görə, səfər çərçivəsində Baş direktor Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov ilə görüşüb.
Tərəflər iki ölkə arasında hərbi əməkdaşlığın qədim tarixi köklərə əsaslanan dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu xüsusi qeyd edib.
Görüşdə Azərbaycan və Qazaxıstan arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, regional təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Daha sonra Qazaxıstan Respublikası müdafiə nazirinin müavini general-mayor Şayx-Xasan Jazıkbayev ilə görüş keçirilib.
Hər iki tərəf bu cür görüşlərin hərbi əməkdaşlığın genişləndirilməsi baxımından zəruriliyini vurğulayıb, keçirilən birgə təlimlərin hərbi qulluqçularımızın peşəkarlığının artırılmasına və orduların daha da güclənməsinə müsbət təsir etdiyini bildirib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı müzakirələr aparılıb.
-
İdman22:00
Azərbaycan Premyer Liqasında komanda sayı artırıldı - RƏSMi
-
Nida Xəbər 21:25
Orxan Əsgərovun ailəsi edam tələbini rəsmiləşdirdi
-
Nida Xəbər 20:30
Rusiya ilə sərhədyanı rayonlarda blok-post quraşdırılıb? - DİN-dən AÇIQLAMA
-
Hadisə20:20
Honq Konqdan Londona uçan təyyarə Bakıda məcburi eniş etdi
-
İdman19:50
AFFA-nın yeni baş katibi o oldu – FOTO
-
Ekopublika.az19:00
Trampın rüsumları bazarı çalxaladı: "Bitcoin" bu qiymətə düşdü
-
Rəsmi xronika15:19
Prezidentdən Polad Bülbüloğlu ilə bağlı sərəncam
-
Sosial14:20
Gənc oğlan dayısının yetkinlik yaşına çatmayan qızını qaçırdı, gecələr... - ŞOK TƏFƏRRÜAT