Nida Xəbər
Azərbaycan hökuməti Kadırovun təltifinə necə baxır?
Xəbər verdiyimiz kimi, Çeçenistan rəhbəri Ramzan Kadırov 2024-cü ilin dekabrında qəzaya uğrayan AZAL-a məxsus “Embraer E190” sərnişin təyyarəsinin ekipaj üzvlərini “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalları ilə təltif edib.
Publika.az xəbər verir ki, Çeçenistan rəhbərliyinin ifadə etdiyi bu mövqe Azərbaycan tərəfindən məqbul hesab edilir.
Bu barədə Trend agentliyi Azərbaycan hökumətindəki mənbələrdən məlumat əldə edib.
Bildirilib ki, qəza baş verəndən sonra Çeçenistan rəhbərliyi tərəfindən bəzi şəxslərin təltif edilməsi Azərbaycan cəmiyyətində haqlı olaraq kəskin hiddət yaratmışdı. Ancaq aparılan araşdırmalar göstərdi və Azərbaycan tərəfində də dəqiq məlumat var ki, Çeçenistan rəhbərliyinin bu məsələlərdə günahı və rolu olmayıb. Bu hadisəni törədən Rusiya hərbçiləri olub.
“Azərbaycanda gec də olsa, bu məsələyə Çeçenistan tərəfindən münasibətin bildirilməsi məqbul hesab edilir”, - deyə mənbələrdən bildirilib.
Xatırladaq ki, 25 dekabr 2024-ci il tarixində Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-yə (“AZAL”) məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin hava gəmisi Qazaxıstan Respublikası ərazisində Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində iki uçuş heyəti üzvü (kapitan və ikinci pilot), böyük təyyarə bələdçisi və 35 sərnişin həlak olub.
-
Sosial20:12Xaçmaz sakini fəryad edir: "Bir gecədə hər şey məhv oldu" - VİDEO
-
Sosial19:24"Nəqliyyat Təlim Mərkəzi"nə yeni direktor TƏYİN EDİLDİ
-
Magazin119:12“Həmin gün kasıbçılıqdan çıxdıq”
-
Hadisə18:36Göygöldə torpaq uçqunu: Əsas yolda çətinliklər yarandı - Video
-
Nida Xəbər 17:03Vurulan gəmilərdən xilas edilmiş azərbaycanlıların ölkəyə qayıdışı üçün tədbirlər görülür
-
Region17:02Türkiyədə əməliyyat keçirildi - 400-ə yaxın saxlanılan var
-
İdman16:45Ulduz futbolçu prezidentin qızının təklifinə məhəl qoymadı - VİDEO
-
Ekologiya16:28Yayda Gədəbəyə dolu düşdü - VİDEO






































