Nida Xəbər
Bayramov sloveniyalı həmkarı ilə görüşdü - YENİLƏNDİ
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Sloveniya Respublikasının Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri Tanya Fayon ilə görüşüb.
Nazirlər arasında keçirilmiş təkbətək və geniş tərkibdə görüşlər zamanı Azərbaycan və Sloveniya arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri, o cümlədən siyasi dialoqun intensivləşdirilməsi, yüksək səviyyəli təmasların artırılması, müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub.
Görüş zamanı Azərbaycan-Sloveniya münasibətlərinin dostluq, qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsiplərinə əsaslandığı qeyd olunub, 2026-cı ildə diplomatik münasibətlərin 30 illiyinin qeyd ediləcəyi vurğulanıb. İkitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı baxımından siyasi dialoq, yüksək səviyyəli səfərlər, parlamentlərarası əlaqələr, iqtisadi və humanitar mübadilələrin böyük önəm daşıdığı vurğulanıb.
Tərəflər enerji, yaşıl texnologiyalar, nəqliyyat, İKT, kimya və əczaçılıq, turizm və digər sahələr üzrə əməkdaşlıq imkanlarını, eləcə də iqtisadi-ticarət əlaqələrinin və ticarət dövriyyəsinin genişləndirilməsi və artırılması üçün potensialı müzakirə ediblər. Təbii qaz və energetika sahəsində ötən il ərzində Azərbaycanın “SOCAR” və Sloveniyanın “Geoplin” şirkətləri, eləcə də iki ölkənin Energetika Nazirlikləri arasında imzalanmış sənədlər xüsusilə qeyd olunub.
Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma prosesi, eləcə də beynəlxalq nəqliyyat dəhlizləri və Ələt Azad İqtisadi Zonası çərçivəsində əməkdaşlıq məsələlərinin Azərbaycan-Sloveniya əməkdaşlığı kontekstində böyük əhəmiyyət daşıdığı vurğulanıb.
Nazir Ceyhun Bayramov Tanya Fayona postmünaqişə dövründə bölgədəki vəziyyət, azad edilmiş ərazilərdə aparılan bərpa işləri, mina təhdidi ilə mübarizə və məcburi köçkünlərin qayıdışı barədə məlumat verib. Azərbaycan-Ermənistan sülh sazişi üzrə danışıqların hazırkı mərhələsi və bu prosesə mane olan amillər, xüsusilə də Ermənistan Respublikasının konstitusiyasında Azərbaycan Respublikasına qarşı ərazi iddialarına istinadların mövcudluğu və artıq öz əhəmiyyətini itirmiş olan Minsk Qrupu kimi təsisatların ləğv edilməsi məsələləri diqqətə çatdırılıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər və beynəlxalq platformalarda əməkdaşlığın perspektivləri müzakirə olunub.
Görüşlərdən sonra mətbuat konfransı keçirilib, nazirlər bəyanatla çıxış edərək, media nümayəndələrinin suallarını cavablandırıblar.
xxx
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov sloveniyalı həmkarı Tanya Fayon arasında geniş tərkibli görüş keçirilir.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlər arasında təkbətək görüş başa çatıb.
xxx
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Sloveniyanın Baş nazirinin müavini, Xarici və Avropa İşləri naziri Tanya Fayonu qarşılayıb.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Bildirilib ki, səfər Azərbaycan və Sloveniya arasında artan tərəfdaşlığı vurğulayır və yüksək səviyyəli siyasi dialoqun genişləndirilməsində qarşılıqlı marağı əks etdirir.
-
Region21:37Məktəbdə qətliam törədən yeniyetmənin fotosu
-
Region20:34Ərdoğandan silahlı hücuma reaksiya
-
Sosial19:30Türkiyədə tütün məhsulları tamamilə qadağan edilir - Növbə Azərbaycandadır?
-
Region18:50Məktəbdə 9 nəfəri öldürən şagirdin atası saxlanıldı - Əvvəllər yüksək vəzifə tutub...
-
Sosial17:38Bu qurumda maaşlar artırıldı - Rəsmi
-
Sosial17:23Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika16:29İlham Əliyev uşaqlarla bağlı qanun imzaladı
-
ABŞ16:08Tramp Pentaqona təcili göstəriş verdi: İrandan sonra hədəf bu ölkədir










.jpg)

























