Nida Xəbər
Deputat: “Azərbaycan beynəlxalq səviyyədə əməkdaşlıq, tərəfdaşlıq prinsiplərinə sadiqdir”

“Oktyabrın 10-da Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında cənab Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan regional əməkdaşlıqda təşəbbüskar, sülhsevər və dinamik inkişaf xəttinə malik ölkədir. Dövlətimizin başçısının çıxışında səslənən fikirlər qarşılıqlı hörmət, dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslanırdı. Cənab Prezident Tacikistan xalqını əldə etdiyi uğurlar münasibətilə təbrik edərək, bu ölkənin sürətli inkişafını məmnunluqla qeyd etdi. Bu, Azərbaycanın xarici siyasətində səmimiyyət və qarşılıqlı hörmətin əsas yer tutduğunu bir daha sübut edir.”
Publika.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili bildirib ki, Azərbaycan ilə Tacikistan arasındakı münasibətlər qardaşlıq və qarşılıqlı dəstəyə əsaslanaraq təkcə iki ölkə üçün deyil, ümumilikdə MDB məkanında əməkdaşlıq ruhunun güclənməsi baxımından da mühüm əhəmiyyət kəsb edir: “ Prezident İlham Əliyev öz çıxışında MDB-nin humanitar sahədə birliyini dəstəkləyərək, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı kimi seçilməsinə verdikləri dəstəyə görə təşəkkürünü bildirdi. Laçında həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin MDB ölkələrinin diqqətini çəkməsi Azərbaycanın nüfuzunun artdığını göstərir. Dövlətimizin başçısı, həmçinin MDB-nin həyatında önəmli hadisə olan III MDB Oyunlarının Gəncə və digər şəhərlərimizdə yüksək səviyyədə keçirilməsini xüsusi qeyd etdi. Bu tədbir həm Azərbaycan idmanının gücünü nümayiş etdirdi, həm də MDB məkanında dostluğun, əməkdaşlığın və humanitar əlaqələrin inkişafına töhfə verdi. Cənab Prezidentin çıxışı bir daha təsdiq etdi ki, Azərbaycan həm regional, həm də beynəlxalq səviyyədə qarşılıqlı hörmət, əməkdaşlıq və tərəfdaşlıq prinsiplərinə sadiqdir. Düşənbə iclasında səslənən mesajlar MDB daxilində birliyin möhkəmlənməsinə, xalqlar arasında səmimiyyət və dostluq körpülərinin daha da güclənməsinə xidmət edir” .
-
Nida Xəbər 19:24
Yaşar Gülər Kərim Vəliyevlə birlikdə təlimi izlədi - VİDEO/YENİLƏNDİ
-
Magazin218:36
MTV kanalları Avropa ölkələrində fəaliyyətini dayandırır
-
Magazin118:24
Boşanmışdılar, 5 ay sonra barışdılar - FOTO
-
MDB17:21
Məşhur italiyalı professor Moskvada müəmmalı şəkildə öldü
-
Maraq dünyası15:42
Bütün dünyanın axtardığı tarixi artefaktı təsadüfən həyətdən tapdı - VİDEO
-
Digər14:17
Şok iddia: Əsəd saatlarla bu işlə məşğul olur
-
Maraq dünyası12:10
Nəhəng uşaq dünyaya gəldi - FOTO
-
MDB10:35
17 yaşlı ana gizli doğduğu körpəni vəhşicəsinə öldürüb küçəyə atdı