Dünya
Dünya tikan üstündədir: "Yadplanetli gəmi" hökumətləri hərəkətə keçirdi
"Yadplanetli gəmi" adlandırılan ulduzlararası obyekt 3I/ATLAS bir çox ölkədə çaxnaşmaya səbəb olub.
Publika.az xəbər verir ki, obyektin qeyri-adi davranışı qlobal miqyasda ciddi diqqət çəkib.
"Daily Star"ın bu barədəki məqaləsində qeyd edilir ki, dünya liderləri genişmiqyaslı planetar müdafiə təlimləri keçirməyə başlayıblar.
"Bu, hökumətlərin 3I/ATLAS kimi tanınan ulduzlararası obyektin gözlənilməz hərəkətlərinə hazırlaşdığını göstərir", - nəşr bildirib.
Məqalədə iddia olunur ki, Avropa Kosmik Agentliyi bütün planetar müdafiə triadasını aktivləşdirib.
Yaponiya sürətləndirilmiş təlimlər keçirib, ABŞ isə yüksək hündürlükdə orbital uçuşu izləmək üçün məşq keçirib. Avstraliya, Cənubi Koreya və Braziliya da birgə təlimlərdə fəal iştirak edir.
Qeyd edək ki, 1 dekabrda sirli ulduzlararası obyektin Yerə yaxınlaşdıqca davranışı dəyişib. Kosmik obyektin müşahidələri onun qəfildən solğunlaşdığını - altı gün ərzində parlaqlığının üçdə bir azaldığını göstərib.
Ləman
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi































