Dünya
Bu ölkədə əhali sayına limit qoyulacaq - 10 milyonu keçməsin!
İsveçrə sakinlərinin 48 faizi əhali limitinin 10 milyon nəfər olaraq müəyyən edilməsini istəyir.
Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" "Tamedia/20 Minuten" sorğusuna istinadən yazıb.
Bildirilir ki, ölkə sakinlərinin təxminən yarısı sağçı Xalq Partiyasının irəli sürdüyü əhalinin sayını 10 milyonla məhdudlaşdırmaq təklifini dəstəkləyib.
Partiya nümayəndələri immiqrasiyaya qarşı çıxır və həddindən artıq əhali artımının mənzil, nəqliyyat və kommunal xidmətlərlə bağlı problemlərə səbəb olduğunu iddia edirlər.
Belə bir qərar sərbəst hərəkət razılaşması da daxil olmaqla, Aİ ilə əsas müqavilələrin yenidən müzakirəsini tələb edir.
Təşəbbüsün tərəfdarları qeyd ediblər ki, gələn ilin iyun ayında referendum keçiriləcək, lakin hökumət hələlik bu məlumatı təsdiqləməyib. Hazırda əhali limitini dəstəkləmək üçün 100 min imza toplanıb.
Qeyd edək ki, İsveçrədə hazırda əhalinin sayı 9 milyondan bir qədər çoxdur. Hər dörd sakindən biri xarici ölkədə doğulub. 10 milyonluq limitin 2035-ci ilə qədər aşılacağı proqnozlaşdırılır.
Ləman
-
Magazin204:1440 yaşlı aktrisa özünəməxsus görünüşünü bərpa etdi - FOTO
-
Sağlamlıq03:43Narahatlıqdan qurtulmağın SADƏ YOLU - Həyəcan, depressiya və stressi də azaldır
-
Hadisə00:45İmişlidə traktorun altında qalan uşaq öldü
-
Qoroskop00:00Günün ULDUZ FALI - Subaylar üçün isə xoş sürprizlər ola bilər
-
Yaxın Şərq6 Avqust 23:24Suriyada mikroavtobus partladıldı - Ölənlər və yaralananlar var
-
İdman6 Avqust 22:58UEFA Konfrans Liqası: "Qarabağ" səfərdə "Dinamo"ya uduzdu - YENİLƏNDİ
-
Magazin16 Avqust 22:48Məşhur rejissor Çimnaz Sultanovanın məzarından video paylaşdı
-
ABŞ6 Avqust 22:00Tramp kəşfiyyat rəsmiləri ilə qapalı görüş keçirdi












.jpg)










.jpg)








