Sosial
Əməkhaqqı, pensiya və sosial müavinətlərin artırılması...
"2026-cı il dövlət büdcəsi ölkəmizin strateji inkişaf yol xəritəsini, Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan yeni iqtisadi modelin məntiqi davamını ifadə edir. Büdcə Azərbaycan dövlətinin gücünü, qüdrətini, sabitliyini, dinamik inkişafını, sosial məsuliyyətini və gələcəyə hədəflənmiş siyasətini özündə əks etdirən mühüm sənəddir".
Publika.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Günay Ağamalı deyib.
O qeyd edib ki, müasir Azərbaycan yüksək intellektual kapital, rəqəmsal iqtisadiyyata malik inkişaf etmiş dövlət kimi formalaşır: “44 günlük Vətən müharibəsindən sonra başlanmış Böyük Qayıdış, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma prosesləri, milli iqtisadiyyatın modernləşdirilməsi, enerji təhlükəsizliyinin qlobal miqyasda genişləndirilməsi büdcənin mahiyyətini müəyyən edən əsas prioritetlərdəndir. Layihənin parametrləri Azərbaycanın nəinki regional, hətta beynəlxalq iqtisadi nizamda artıq qərar verən aktora çevrildiyini bir daha təsdiq edir.
2026-cı il büdcəsinin ən mühüm xüsusiyyətlərindən biri də sosial yönümlülüyün daha da gücləndirilməsidir. Əməkhaqqı, pensiya və sosial müavinətlərin artırılması, şəhid ailələri, qazilər üçün təminat mexanizmlərinin genişləndirilməsi dövlətin öz vətəndaşına göstərdiyi qayğının və diqqətin real iqtisadi dayaqlara söykəndiyini nümayiş etdirir".
Deputat bildirib ki, müdafiə və təhlükəsizlik xərclərinin yüksək səviyyədə büdcədə öz əksini tapması Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və milli təhlükəsizliyinin təmin edilməsində xüsusi əhəmiyyət kəsb edir: “Təqdim edilən büdcə layihəsi özünə güvənən Azərbaycanın real mənzərəsi, möhtərəm cənab Prezident İlham Əliyevin həyata keçirdiyi milli inkişaf strategiyasının davamıdır və gələcəyimizə olan inamın təsdiqidir”.
-
Dünya03:43İranın Oman körfəzində gəmisi qalmadı - Hamısı batırıldı
-
ABŞ02:19Trampa nə olub? - Boynundakı qızartı diqqət çəkdi
-
Qoroskop01:40Günün qoroskopu: köhnə borclar və ya unudulmuş ödənişlər gündəmə gələcək
-
İnanc00:15Bu gün Od çərşənbəsidir
-
ABŞ2 Mart 20:36Böyük dalğa hələ başlamayıb - Trampdan İrana xəbərdarlıq
-
Dünya2 Mart 20:24Qətər İran ərazisindən uçan iki Su-24 təyyarəsini vurdu
-
İnanc2 Mart 19:40Ramazanın 13-cü gününün duası - İftar və imsak vaxtları
-
Region2 Mart 18:20Xameneinin həyat yoldaşı da öldü - Foto










.jpg)

.jpg)















.jpg)






