İdman
Messi ilə Bekhemin qucaqlaşması, Suaresin göz yaşı - VİDEO
Mayamidə tarixi axşam yaşandı, yerli komanda “İnter Mayami” finalda “Vankuver”i 3-1 hesabı ilə məğlub edərək ilk MLS çempionluğunu qazandı.
Publika.az xəbər verir ki, dekabrın 6-da baş tutan qarşılaşma dünya futbol ulduzlarının yenidən baş rolda oynadığı əsl tamaşa idi.
Mövsümün ən həyəcanlı oyunlarından birini keçirən Lionel Messi iki məhsuldar ötürmə etdi və layiqincə finalın ən yaxşı oyunçusu seçildi.
Final fitindən sonra stadion emosiyaya bürünüb. Luis Suares, karyerasının son matçını keçirən Jordi Albanı qucaqlayaraq göz yaşlarına boğulub. Klubun həmsahibi Devid Bekhem meydana çıxıb, Messini hərarətlə qucaqlayıb.
Xatırladaq ki, Messi bu mövsüm MLS-də 34 matçda 35 qol vurub və 28 məhsuldar ötürmə edib. 38 yaşlı argentinalının klubla müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi


































