Nida Xəbər
Moskvadan Azərbaycanla bağlı mühüm açıqlama: Alqışlayırıq
Biz Azərbaycanla müxtəlif regional formatlarda: MDB və ŞƏT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi, Xəzər beşliyi və 3+3 regional əməkdaşlıq platforması, o cümlədən Avrasiya təhlükəsizlik arxitekturasının qurulması kontekstində sıx əməkdaşlıqda maraqlıyıq.
Publika.az xəbər verir ki, bunu bu gün, oktyabrın 15-də keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
"Biz Bakı və Avrasiya İqtisadi İttifaqı ilə dialoqun güclənməsinin şahidi oluruq. Bunu Azərbaycanın Baş nazirinin Avrasiya Hökumətlərarası Şurasının iclaslarında fəxri qonaq qismində iştirak etməsinin formalaşmış ənənəsi sübut edir. Sonuncu belə tədbir bu il sentyabrın 30-da Minskdə baş tutub. Biz MDB-nin müxtəlif istiqamətləri çərçivəsində Bakı ilə qarşılıqlı əlaqələrimizi müsbət qiymətləndiririk.
Və əlbəttə ki, biz Bakının oktyabrın 10-da Düşənbə sammitindən bir sıra yekun sənədlərə qoşulmasını alqışlayırıq. Bunlara dövlət başçılarının transmilli cinayətkarlıqla mübarizədə əməkdaşlığa dair bəyanatları və Çernobıl AES-də baş vermiş faciənin 40-cı ildönümü ilə bağlı bəyanatları daxildir. Azərbaycan həmçinin terrorizmə və ekstremizmə qarşı mühüm ortamüddətli dövr üçün əməkdaşlıq proqramının qəbulunu dəstəkləyib”, - Zaxarova bildirib.
Tural
-
Magazin107:15Könül Kərimova daha da arıqladı: indi belə görünür - FOTO
-
Dünya05:45Bu ölkədə əhali sayına limit qoyulacaq - 10 milyonu keçməsin!
-
İdman03:18Messi karyerasını bitirdikdən sonra burada yaşayacaq: Bekhem sirri açdı
-
Qoroskop00:55Günün ulduz falı: romantik və emosional anlar yaşanacaq
-
Hadisə7 Dekabr 23:35Ağ Şəhərdə dənizdə batan şəxs belə xilas edildi - VİDEO
-
Sağlamlıq7 Dekabr 21:13H3N2 virusu sizi xəstəxanalıq edə bilər - Bu əlamətlərə diqqət!
-
Digər7 Dekabr 21:00Güclü maqnit qasırğaları olacaq - XƏBƏRDARLIQ
-
Ekopublika.az7 Dekabr 20:32Dubaydakı ən bahalı evi o aldı - FOTOLAR















.jpg)














.jpg)




