Nida Xəbər
Azərbaycan və Afrika ölkələri arasında yeni sazişlər imzalandı

Oktyabrın 15-16-da Uqandanın paytaxtı Kampala şəhərində Qoşulmama Hərəkatının (QH) 19-cu nazirlər iclası keçirilib.
Xarici İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, Kampala nazirlər iclası çərçivəsində beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, davamlı inkişafın təşviqi, Hərəkatın institusional potensialının artırılması, eləcə də Yaxın Şərqdə vəziyyət və digər aktual gündəm məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
Samir Şərifov toplantının açılış seqmentində çıxış edərək ölkəmizin sədrlik dövründə həyata keçirdiyi təşəbbüslər, o cümlədən Hərəkatın institusional inkişafına verdiyi töhfələrə toxunub, habelə üzv dövlətlər arasında həmrəyliyin və birliyin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. Nazir müavini Azərbaycan-Ermənistan normallaşma gündəliyi üzrə son irəliləyişlər və işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə iştirakçılara məlumat verib.
Hərəkatın keçmiş sədri və hazırkı Troyka üzvü qismində ölkəmiz, həmçinin QH-nin Fələstin üzrə Nazirlər Komitəsinin iclasında təmsil olunub. Nazir müavini S.Şərifov dövlətimizin başçısının oktyabrın 13-də Şarm əl-Şeyx Sülh Sammitində iştirakını xatırladaraq, ölkəmizin Zirvə Görüşünə dəvət alan azsaylı Hərəkat üzvlərindən biri olduğuna və bunun əhəmiyyətinə, iki dövlət prinsipi əsasında Yaxın Şərqdə davamlı sülh və təhlükəsizliyin tez bir zamanda bərqərar olmasının vacibliyinə, eləcə də ölkəmizin regiondakı humanitar təşəbbüslərinə diqqət çəkib.
İclas çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib, Azərbaycan Respublikasının və Uqanda Respublikasının Hökumətləri arasında diplomatik və xidməti pasport sahibləri, Azərbaycan Respublikasının və Somali Federativ Respublikasının hökumətləri arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında sazişlər imzalanıb.
Qeyd edilən sənədlərin imzalanması Azərbaycan Respublikasının Afrika ölkələri ilə ikitərəfli münasibətlərinin genişləndirilməsi, qarşılıqlı səfərlərinin asanlaşdırılması və diplomatik əlaqələrin daha da inkişafına xidmət edir.
-
Qoroskop00:55
Günün ulduz falı: qəfil xərclər çıxa bilər
-
Dünya00:35
Ağ Evdə Tramp-Zelenski görüşü keçirildi - Foto/Video/Yeniləndi
-
Avropa17 Oktyabr 23:59
Şahzadə bütün titullarından imtina etdi
-
MDB17 Oktyabr 22:16
Rusiyada müdafiə sənayesi zavodunda PARTLAYIŞ - Xəsarət alanlar var
-
Nida Xəbər 17 Oktyabr 20:50
Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına qadağa qoyuldu
-
Region17 Oktyabr 20:10
Onların evində axtarış aparıldı
-
Nəqliyyat17 Oktyabr 20:00
Taksilərlə bağlı yeni qərar BU TARİXDƏN qüvvəyə minəcək
-
Nida Xəbər 17 Oktyabr 18:40
Azərbaycanın Bəhreyndə səfirliyi təsis olundu