Cənubi Qafqaz
Şeyxin bəyanatı Ermənistanı qarışdırdı, həbslər başladı – Nə baş verir?

Ermənistanda keşişlərin həbsi ətrafında ciddi rezonans yaşanır.
Publika.az xəbər verir ki, həbslər Araqatsotn yeparxiyasına bağlı Ohanavan monastrının keşişi Aram Asatryanın sentyabrın 16-da Ermənistan İctimai Televiziyasına verdiyi müsahibəsi əsasında baş verib.
A.Asatryan bildirib ki, o, baş nazir Nikol Paşinyanın evində xeyir-dua verdiyi üçün Araqatsotn Yeparxiyasının yepiskovu Mkrtiç tərəfidən təqibə məruz qalıb: “O, məni Paşinyanın tərəfdarı hesab edir. İstənilən din xadimi yaxşı bilir ki, etiraz etsə, bu, onun xidmətinin sonuncu günü olacaq”.
Asatryan onu da bildirib ki, keşişlərin böyük əksəriyyəti siyasiləşib.
“Keşişlər müxalifətin mitinqlərinə göndərilir. 2021-ci ildə müxalifətin bütün mitinqlərində iştirak etmişəm, amma öz istəyimlə yox, yuxarıların tələbi ilə”, - o bildirib.
Keşiş Aramın ifşasından sonra Ermənistan hüquq-mühafizə orqanları Araqatsotn yeparxiyasında əməliyyat keçirib. Yepiskop Mkrtiç Proşyan da daxil olmaqla bir sıra din xadimləri salanılıb.
Ermənistan İstintaq Komitəsinin məlumatına görə, keşişlərə “ictimai toplantının keçirilməsinə və ya toplantıda iştiraka mane olma, yaxud məcburetmə” maddəsi üzrə cinayət işi açılıb. Məlumata görə, Baş Prokurorluq Paşinyan hakimiyyətinə yaxın olan “Məlumatlı Vətəndaşlar İttifaqı” qeyri-hökumət təşkilatının keşiş Aram Astryanın ifadələrinin araşdırılması ilə bağlı müraciəti əsasında istintaqa başlayıb.
Keşişlərin həbsi, ümumiyyətlə iqtidar-kilsə mübarizəsinin Ermənistanda seçkiöncəsi proseslərə hesablandığı aydındır, çünki Paşinyan hakimiyyətinə qarşı çıxa biləcək əsas təhlükəli rəqiblərdın biri məhz erməni keşişlərdir. Eməni din xadimləri Azərbaycanla sülh prosesinə qarşı da çıxır, revanşizm siyasətini dəstəkləyirlər. Bu baxımdan, onların saxlanılması sülh prosesinə mane olan qüvvələrin neytrallaşdırılması kimi də qəbul edilə bilər.
Ermənistan müxalifəti isə keşişlərin həbs edilməsi sifarişinin Bakıdan gəldiyi, baş verənlərin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin açıqlamalarından qaynaqlandığı iddiasından çıxış edir.
Bir neçə gün öncə nümayəndə heyəti ilə Vaşinqtona səfər edən A.Paşazadənin ABŞ vitse-prezidenti ofisinin Milli təhlükəsizlik məsələləri üzrə xüsusi müşaviri Endryu Lumis, Vitse-Prezident Aparatının strateji məsələlər üzrə xüsusi müşaviri Maykl İmbrenda və Dövlət Departamentinin Siyasət Planlaşdırma Şöbəsinin üzvü Conatan Askonas ilə görüşü olub. Azərbaycan və Ermənistanın sülh razılaşmalarının müzakirə edildiyi görüşdə Paşazadə bildirib ki, son vaxtlar erməni kilsəsi və diasporu sülh prosesinə mane olur, revanşizmi təşviq edir: “Halbuki onlar bu fürsətdən istifadə edib sülhə dəstək vermək üçün dini və ictimai qurumlar siyasətçiləri dəstəkləməlidirlər. Azərbaycan isə bəzi erməni dairələrindən, xüsusilə erməni kilsəsindən fərqli olaraq, məhz bu cür yanaşma nümayiş etdirir”.
Erməni politoloq Suren Surenyats iddia edir ki, Paşazadənin bəyanatından bir neçə gün sonra Ermənistanda keşişlərin həbs edilməsi baş verənlərin təkcə ölkədaxili məsələ olmadığını, İrəvan və Bakının birgə planı olduğunu göstərir.
“Keşişlərə cinayət işinin açılması Ermənistan və Azərbaycanın birgə hərəkətlərinin təzahürüdür”, - o bildirib.
Erməni şərhçi David Mkrtçyan da iddia edir ki, həbslərin Allahşükür Paşazadənin bəyanatından sonra baş verməsi bunun Bakının və İrəvanın sülhü qorumaq istiqamətdə atdığı birgə addım olduğunu deməyə əsas verir.
Paşinyanın komandasının üzvü, deputat Hayk Tsirunyan isə keşişlərə açılan cinayət işinin Paşazadənin bəyanatı ilə bağlı olması, ümumiyyətlə Azərbaycanın istəyi olması haqda iddiaları uydurma adlandırıb.
Asif
-
Sosial17:28
Mayor İlham Haqverdiyev saxlanıldı
-
Region16:47
Ermənistanda rusları güllələdilər
-
Nida Xəbər 15:46
Saakaşvili paylaşım etdi: İlham Əliyev bütün Qafqazın şərəfini qorudu
-
Nida Xəbər 15:30
Ramiz Mehdiyevin dövlət çevrilişi planını bu ölkə ifşa edib - ŞOK DETALLAR
-
Sosial15:26
Bakıda hərbi parad keçiriləcək
-
Magazin214:20
Görkəminə ildə 1 milyon xərcləyir: Görün Kardaşyan hansı məhsulun qiymətini bilmir - FOTOLAR
-
Sosial13:56
Çörəyin ən baha satıldığı ölkələr: Azərbaycan dünya reytinqində...
-
Sosial13:27
Azərbaycanın Hərbi Prokurorluğunda yeni təyinatlar