Sosial
Çörəyin ən baha satıldığı ölkələr: Azərbaycan dünya reytinqində...

Oktyabrın 16-da Ümumdünya Çörək Günü qeyd olunur.
Publika.az bununla bağlı Rusiya mətbuatına istinadən maraqlı araşdırmanı təqdim edir.
Açıq statistik məlumatlara əsaslanan araşdırmaya görə, ən bahalı çörək Cibutidə satılır, ən ucuz çörək isə Əlcəzairdədir. Rusiya isə əlverişlilik reytinqində dördüncü onluqda mövqe tutur.
200 ölkə və ərazinin nümunəsində standart 500 qramlıq buğda çörəyinin orta qiyməti 138,04 rubl (təxminən 2 manat 99 qəpik) təşkil edib. Ən yüksək qiymət Cibutidə (16 manat 26 qəpik) qeydə alınıb ki, bu da ölkənin taxıl da daxil olmaqla, idxal olunan ərzaq ehtiyatlarından yüksək dərəcədə asılı olması ilə əlaqədardır.
Çörək məhsullarının ən yüksək qiymətə malik olduğu ölkələr siyahısına Bermud adaları (677,6 rubl - 14 manat 70 qəpik), Kayman adaları (10 manat 84 qəpik), Monako (9 manat 17 qəpik), Baham adaları (8 manat 99 qəpik) və Konqo (8 manat 69 qəpik) daxildir. İlk onluqda Mərkəzi Afrika Respublikası (7 manat 75 qəpik), İslandiya (7 manat 32 qəpik), Lixtenşteyn (7 manat 21 qəpik) və Cənubi Afrika (7 manat 16 qəpik) yer alıb.
Bu məhsulun ən aşağı qiyməti dövlət subsidiyaları sayəsində Əlcəzairdə (0.28 qəpik) qeydə alınıb. Əlverişlilik reytinqini Tunis (0.32 qəpik), Esvatini (0.34 qəpik), Əfqanıstan (0.41 qəpik) və Liviya (0.47 qəpik) izləyir. Çad (0.60 qəpik), Özbəkistan (0.68 qəpik), Qırğızıstan (0.06 qəpik), Qazaxıstan (0.74 qəpik) və Azərbaycan (0.78 qəpik) ən sərfəli ölkələrin ilk onluğunu tamamlayıb.
Rusiyanın özünə gəlincə, bu reytinqdə 35-ci yerdə qərarlaşıb. Sentyabr ayı statistikasına görə, çörəyin orta qiyməti 57,1 rubl (təxminən 1 manat 23 qəpik) təşkil edir. Analoji qiymət 62,8 rubl (təxminən 1 manat 34 qəpik) olan Belarus 42-ci yerdədir.
Adəm
-
Sosial17:28
Mayor İlham Haqverdiyev saxlanıldı
-
Region16:47
Ermənistanda rusları güllələdilər
-
Nida Xəbər 15:46
Saakaşvili paylaşım etdi: İlham Əliyev bütün Qafqazın şərəfini qorudu
-
Nida Xəbər 15:30
Ramiz Mehdiyevin dövlət çevrilişi planını bu ölkə ifşa edib - ŞOK DETALLAR
-
Sosial15:26
Bakıda hərbi parad keçiriləcək
-
Magazin214:20
Görkəminə ildə 1 milyon xərcləyir: Görün Kardaşyan hansı məhsulun qiymətini bilmir - FOTOLAR
-
Sosial13:56
Çörəyin ən baha satıldığı ölkələr: Azərbaycan dünya reytinqində...
-
Sosial13:27
Azərbaycanın Hərbi Prokurorluğunda yeni təyinatlar