Avropa
Şahzadə bütün titullarından imtina etdi
Böyük Britaniya kral ailəsinin üzvü, Şahzadə Endryu York hersoqu da daxil olmaqla, ona verilmiş bütün titullarından imtina edib.
Publika.az xəbər verir ki, bu barədə məlumatı o, özü bəyan edib.
“Qərara gəldik ki, mənimlə bağlı davam edən ittihamlar Kralın və kral ailəsinin fəaliyyətinə diqqəti yayındırır. Mən hər zaman olduğu kimi, ailəmə və ölkəmə qarşı borcumu hər şeydən üstün tuturam. Beş il əvvəl ictimai həyatdan kənara çəkilmək qərarımın arxasındayam. Kralın razılığı ilə indi bir addım da irəli getməliyəm. Buna görə də mənə verilmiş titullardan və fəxri adlardan imtina edirəm. Qeyd etdiyim kimi, mənə qarşı irəli sürülən ittihamları qəti şəkildə inkar edirəm”, - deyə Şahzadə Endryu bildirib.
Mərhum Kraliça II Elizabetin oğlu olduğu üçün Endryu şahzadə titulunu saxlayacaq.
Onun keçmiş həyat yoldaşı Sara Fergyuson da artıq York hersoginyası titulundan istifadə etməyəcək.
Qeyd edək ki, Şahzadə Endryunun cinsi cinayətlərə görə məhkum olunmuş maliyyəçi Cefri Epsteyn və Çin kəşfiyyatı ilə əlaqəli bir şəxslə münasibətləri barədə yeni xəbərlər yayılmışdı.
-
Dünya16:34ABŞ Rusiyaya qarşı Yaponiyaya dəstək verdi: Kuril adaları sizindir!
-
Rəsmi xronika13:52İlham Əliyev fərman imzaladı
-
Region13:31Ərdoğandan hökumətdə böyük dəyişiklik: Bu 4 naziri yola salır
-
Rəsmi xronika13:00Prezident toxumçuluqla bağlı fərman imzaladı
-
Hadisə10:20Kəlbəcərdə mina partlayışında xəsarət alan şəxsin ayağı amputasiya olundu - YENİLƏNDİ
-
Dünya10:15Kiyev Vaşinqtona yeni səfir tapa bilmir - Zelenskinin namizədləri niyə geri çəkilir?
-
Yaxın Şərq09:33ABŞ İrandan əl çəkmir: Vaşinqton blokadanı sonsuza qədər davam etdirəcək
-
İdman08:12Yeddi ay komada qalan boksçu vəfat etdi - FOTO



























.jpg)











