Qarabağ
Füzuli Şəhəri Günü konsert və atəşfəşanlıqla başa çatdı - Fotolar
Oktyabrın 17-də Mədəniyyət Nazirliyi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Füzuli şəhərinin 1-ci yaşayış məhəlləsində yerləşən parkda qurulmuş böyük səhnədə möhtəşəm konsert proqramı təşkil olunub.
Publika.az xəbər verir ki, konserti Xüsusi nümayəndəliyin əməkdaşları, Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri İntiqam Babayev və şəhər sakinləri izləyiblər.
Proqrama F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının (baletmeyster: Əməkdar artist Ceyhun Qubadov) ifasında bu il anadan olmasının 140 illiyi dövlət səviyyəsində qeyd edilən dahi bəstəkar Üzeyir Hacıbəylinin “Cəngi” əsəri ilə başlanılıb.
Sonra Əməkdar artistlər Nizami Abdullayev, Anar Şuşalı, Ehtiram Hüseynov, həmçinin solistlər Vəfa Vəzirova, Murad Arif, Səbinə Ərəbli, Eldəniz Məmmədov, Könül Tağıyeva, Günay İbrahimli ifa etdikləri xalq və bəstəkar mahnıları ilə tamaşaçıların könlünü oxşayıblar.
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında təqdim olunan bir sıra xalq rəqsləri alqışlarla qarşılanıb.
Vətənimizi, onun dilbər guşəsi Qarabağı tərənnüm edən nəğmələrdən ibarət konsert proqramından sonra möhtəşəm atəşfəşanlıq olub. Azad yurdun səması al-əlvan rənglərlə boyanıb. Yaranmış ecazkar mənzərə doğma yurdda qurub-yaratmağa başlayan sakinlərə unudulmaz anlar bəxş edib.
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi





































