Nida Xəbər
Azərbaycan BMT ilə Əməkdaşlığa dair Çərçivə Sənədi imzaladı
Birləşmiş Millətlər Təşkilatı (BMT) və Azərbaycan hökuməti arasında 2026-2030-cu illər üçün BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi imzalanıb.
Publika.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkədəki hesabında yazıb.
Onun sözlərinə görə, bu sənəd inklüziv sosial-iqtisadi artımın və insan kapitalının inkişafı, ekosistemlərin, iqlimə davamlılığın, səmərəli "yaşıl keçid"in təşviqi kimi strateji prioritetləri ehtiva edir.
"BMT-nin yaradılmasının 80-ci ildönümünə həsr edilmiş tədbirdə Azərbaycan-BMT əlaqələrinin dinamik xarakterini və qarşılıqlı etimada əsaslandığını məmnunluqla vurğuladıq. Bu tərəfdaşlıq davamlı irəliləyiş üçün yeni imkanlar və ölkəmizin iqtisadi inkişaf modelini təkmilləşdirmək üçün effektiv dəstək mexanizmləri yaradır. Birgə fəaliyyətin yeni mərhələsi olaraq çərçivə sənədini imzaladıq", - nazir qeyd edib.
-
Magazin122:58Şahnaz Haşımova xəstəxanaya yerləşdirildi
-
Hadisə20:48Erkən nikahın qarşısı alındı - Neftçalada
-
Nida Xəbər 19:00Prezidentin yüksək vəzifə verdiyi Səfərov kimdir?
-
Rəsmi xronika17:24Prezident generalı vəzifəsindən azad etdi - FOTO
-
Nida Xəbər 17:07“Silahla gəlib dedi ki, məni Ramiz Mehdiyev göndərib, sizi öldürmək...” - Sirlər açılır
-
Dünya15:40Şimali Kiprdə yeni prezident and içdi: Tufan Erhürman kimdir?
-
Magazin113:57"Tamaşaçı da elə bilir ibadət edirəm” - Alim Qasımov
-
Region13:20Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: Çox yüksək səviyyədə...










.jpg)






.jpg)





.webp)










