Erkən nikahın qarşısı alındı - Neftçalada
Bizi izləyin

Hadisə

Erkən nikahın qarşısı alındı - Neftçalada

Oktyabrın 24-də Neftçalada yerləşən şadlıq saraylarının birində 29 yaşlı şəxslə nikah yaşına çatmayan qızın planlaşdırılan toy mərasimi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Publika.az-a verilən məlumata görə, keçirilən tədbirlərlə toy mərasiminin qarşısı alınıb, tərəflərin valideynləri polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik və izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah olunub.

Qanunvericiliyə uyğun olaraq mərasimin təşkil edildiyi şadlıq evinin sahibi barəsində isə inzibati tənbeh tədbiri tətbiq olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm