“Qarabağ”ın rəqibində ağır itki: Ayağını sındırdı
Bizi izləyin

İdman

“Qarabağ”ın rəqibində ağır itki: Ayağını sındırdı

“Napoli”nin qapıçısı Meret oktyabrın 24-ü cümə günü komandanın məşqi zamanı ciddi zədə alıb.

Publika.az xəbər verir ki, bu barədə İtaliya çempionunun mətbuat xidməti məlumat yayıb.

Həkimlər 28 yaşlı qolkiperin sağ ayağında ikinci metatars sümüyündə sınıq olduğunu aşkar ediblər. Dəqiq bərpa müddəti hələ məlum deyil.

Cari mövsümdə Meret “Napoli”də start heyəti uğrunda mübarizədə yeni gələn Vanya Milinkovic-Saviçə məğlub oldu. Çempionlar Liqasında PSV Eindhoven-ə 2:6 hesablı məğlubiyyətdən sonra “Napoli”nin baş məşqçisi Antonio Konte Mereti “İnter”lə matçda (25 oktyabr) start heyətinə qaytarmağı planlaşdırırdı.

Xatırladaq ki, bu ilin iyununda Meret “Napoli” ilə müqaviləsini 2027-ci ilin yayına qədər uzadıb. Qapıçının transfer dəyəri 18 milyon avro qiymətləndirilir.

“Napoli” Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”ın rəqibidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm