Qurban Qurbanov oğlu ilə bağlı aldığı xəbərə üzüldü
Bizi izləyin

İdman

Qurban Qurbanov oğlu ilə bağlı aldığı xəbərə üzüldü

UEFA Çempionlar Liqasının 3-cü turunda "Atletik"in qonağı olacaq "Qarabağ"ın heyətində itki var.

Publika.az xəbər verir ki, Musa Qurbanlı zədə səbəbindən İspaniya klubu ilə matçı buraxacaq. 23 yaşlı hücumçunun dizində ağrılar var. O, Azərbaycan millisinin düşərgəsindən qayıdandan sonra dizində diskomfort hiss edib. Musa iki həftə müalicə olunacaq.

Qeyd edək ki, "Atletik" - "Qarabağ" oyunu oktyabrın 22-də Bilbaodakı “San Mames" stadionunda Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm