Nida Xəbər
Azərbaycan YUNESKO-nun bu komitəsinə üzv seçildi
1-2 dekabr 2025-ci il tarixində Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (YUNESKO) Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi üzrə 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokoluna tərəf dövlətlərin 16-cı iclası keçirilib.
Publika.az bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
İclas çərçivəsində Azərbaycan YUNESKO-nun Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə 2025-2029-cu illər üzrə üzv seçilib.
4 vakant yer uğrunda Azərbaycanla birgə 6 ölkə mübarizə aparıb. Rəqabət şəraitində keçirilmiş seçkilərin nəticəsində Azərbaycan səsvermənin ilk mərhələsində iştirak edən ölkələrin əksəriyyətinin səsini toplayıb.
Qeyd edək ki, sözügedən Komitə silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunmasını təmin etmək, 1954-cü il Haaqa Konvensiyasının və onun İkinci Protokolunun tələblərinə əməl olunmasına nəzarət etmək, habelə dövlətlərə bu sahədə texniki, hüquqi və institusional dəstəyin göstərilməsini təşviq etmək məqsədilə yaradılıb.
Azərbaycanın Komitəyə üzv seçilməsi, ölkəmizin mədəni irsin qorunması sahəsində beynəlxalq aləmdə formalaşmış müsbət imicinin, beynəlxalq platformalarda nümayiş etdirdiyi fəallığın və apardığı ardıcıl siyasətin göstəricisidir.
Azərbaycan daha əvvəl 2021-2025-ci illərdə Komitənin üzvü olub.
-
Sosial20:48“Cin-şeytan görüntülərinə baxırmış”: 13 yaşlı qızın dəftərinə çəkdikləri ŞOKA SALDI - VİDEO
-
Magazin220:24Həmkarının ombasını dişləyən aktrisa MƏHKƏMƏYƏ VERİLDİ
-
Nida Xəbər 19:36XİN-in Naxçıvandakı idarəsi LƏĞV EDİLDİ
-
Magazin119:12Bu gün "Instagram"da görün nələr paylaşıldı - FOTO
-
Region17:37Gürcüstan polisi mitinqlərdə görün hansı maddədən istifadə edib - Şok faktlar yayıldı
-
Sosial17:29Əli Əsədov daha bir qərar imzaladı
-
Sosial16:49Azərbaycanda minimum pensiya 2,9 dəfə artıb
-
Sosial16:12Bu ərazilərimizə qar yağır - FAKTİKİ HAVA

























.jpg)
.webp)










