BƏƏ hava məkanını bağladı
Bizi izləyin

Dünya

BƏƏ hava məkanını bağladı

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hava məkanının tamamilə bağlandığını elan edib.

Publika.az xəbər verir ki, bu barədə BƏƏ Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.

Buna səbəb kimi uçuşların və təyyarə heyətlərinin təhlükəsizliyini təmin etmək, eləcə də “regional təhlükəsizlik sahəsində sürətlə dəyişən hadisələr” fonunda ölkə ərazisini qorumaq göstərilib. Bu addımın “müstəsna ehtiyat tədbiri” olduğu bildirilib.

Qeyd edək ki, bazar ertəsi Dubay Beynəlxalq Hava Limanı pilotsuz uçuş aparatının aeroport yaxınlığındakı yanacaq çəninə zərər vurmasından sonra fəaliyyətini müvəqqəti dayandırıb. Hadisə nəticəsində yanğın baş verib, xəsarət alan olmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm