Nida Xəbər
Şamil Ayrım: "Türkiyə Gültəkin Hacıbəylini uzun müddət saxlaya bilməz"
Milli Şuranın üzvü, "Ramiz Mehdiyev işi" çərçivəsində Azərbaycandakı istintaqa dəvət olunan Gültəkin Hacıbəyli hazırda Türkiyənin İstanbul şəhərindəki Arnavutköy Geri Göndərmə Mərkəzində saxlanılır.
O, sosial şəbəkədəki açıqlamasında noyabrın 29-dan orada saxlanıldığını deyib.
Maraqlıdır, Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana nə vaxt göndəriləcək?
Publika.az Modern.az-a istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Dostluq Qrupunun sədri Şamil Ayrım Türkiyənin Gültəkin Hacıbəylini uzun müddət saxlaya bilməyəcəyini deyib.

"Belə bir məsələ varsa, Türkiyə ən qısa zaman kəsiyində onu ilk fürsətdə təyyarəyə mindirib geri yollayacaq. Türkiyə onu uzun müddət saxlaya bilməz. Biz Azərbaycanın daxili işlərinə heç kəsin qarışmasını istəmirik. Azərbaycan müstəqil, azad və demokratik bir dövlətdir. Təbii ki, Azərbaycanın ayaqda durması üçün öz daxilindəki qanunlarını tətbiq etməsi lazımdır. Bu məsələlərdə Azərbaycanın Türkiyə ilə anlaşmaları mövcuddur. Həmin şəxs geri göndərmə mərkəzinə aparılıbsa, ən qısa zamanda onu Azərbaycana qaytararlar", - o bildirib.
Qeyd edək ki, "Ramiz Mehdiyev işi" çərçivəsində AXCP sədri Əli Kərimli və onun müavini Məmməd İbrahimli barəsində həbs qətimkan tədbiri seçilib. Milli Şuranın sədri Cəmil Həsənli DTX-də dindirilib, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli isə Türkiyədə saxlanılıb, onun Azərbaycana deportasiya ediləcəyi gözlənilir.
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi




































