Nida Xəbər
Adil Kərimli UNAOC Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış etdi
BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) tərəfindən Ər-Riyad şəhərində təşkil olunan 11-ci Qlobal Forum çərçivəsində dekabrın 14-də UNAOC Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşü keçirilib.
Bu barədə Publika.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə çıxış edən mədəniyyət naziri Adil Kərimli Azərbaycan Respublikasında tarixən formalaşmış tolerantlıq mühiti barədə məlumat verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Müxtəlif millətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin qarşılıqlı dialoq və anlaşma şəraitində birgəyaşayışı ölkədə vətəndaş həmrəyliyi və sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır" fikirlərini diqqətə çatdıran nazir mədəniyyətlərarası dialoqun təşviqi, multikultural dəyərlərin qorunması və mədəni diplomatiyanın beynəlxalq əməkdaşlığın inkişafında rolunu vurğulayıb.
Forumun yüksək səviyyədə təşkilinə görə Səudiyyə Ərəbistanı Krallığı Hökumətinə təşəkkür edən Adil Kərimli UNAOC-un qlobal dialoq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində mühüm beynəlxalq platforma olduğunu xüsusi qeyd edib.
Çıxışda Azərbaycanın UNAOC ilə əməkdaşlıq çərçivəsində dinlərarası dialoqun təşviqi istiqamətində həyata keçirdiyi təşəbbüslərə toxunulub.
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...




































