Sosial
Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
Rusiyalı sinoptiklər 2026-cı ilin yay fəsli ilə bağlı həyəcan təbili çalır. Rusiya Hidrometeorologiya Mərkəzinin yaydığı məlumata görə, ölkənin bir çox bölgələrində temperaturun normadan kəskin dərəcədə yüksək olacağı gözlənilir.
Publika.az xəbər verir ki, mütəxəssislər xüsusilə iyun və iyul aylarında anomal istilərin qeydə alınacağını proqnozlaşdırırlar.
Məlumata görə, iyun ayında Şimal-Qərb, Volqaboyu və Ural federal dairələrində, eləcə də Krasnoyarsk diyarının şimal-qərbində orta aylıq temperatur normadan yüksək olacaq. Bunun əksinə olaraq, Primorsk diyarı və Saxalində havanın temperaturu ötən ilin iyun ayı ilə müqayisədə bir qədər sərin keçəcək.
İyul ayında isə anomal istilər Mərkəzi, Şimal-Qərb və Cənub federal dairələrinin şərq hissəsini, həmçinin Volqaboyu və Uralın böyük hissəsini bürüyəcək.
Məsələ ilə bağlı Rusiya Elmlər Akademiyasının rəhbəri Gennadi Krasnikov da ciddi xəbərdarlıq edib. O bildirib ki, Rusiyada iqlim artıq kontinentaldan kəskin kontinental iqlimə keçib.
Müəllif: Adəm
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
-
ABŞ09:12Jurnalistləri aparan helikopter qəzaya uğradı: Ölənlər var - Anbaan VİDEO
-
Nida Xəbər 09:00Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak etdi - FOTO
-
Sosial07:47Balqabağın elə faydaları üzə çıxdı ki...


































.jpg)


