İdman
Ulduz futbolçunu ilk dəfə ata edən gözəl: Onların eşq macərası necə başlayıb? - FOTOLAR
“Roma”nın ulduz futbolçusu Paulo Dibala bu günlərdə ilk dəfə ata olub.
Publika.az xəbər verir ki, onun həyat yoldaşı Oriana Qabriela Sabatinidir.
O, Dibala kimi argentinalıdır, 1996-cı ildə Buenos-Ayresdə anadan olub. Oriana futbolçudan üç yaş kiçikdir.
Oriana məşhur ailədən gəlir. Onun valideynləri tanınmış latın amerikalı aktyorlar Ketrin Fulop və Osvaldo Sabatinidir. Bundan əlavə, bibisi əfsanəvi tennisçi Qabriela Sabatinidir.

Sabatini erkən yaşlardan şou-biznesdə fəaliyyət göstərməyə başlayıb. 13 yaşında reklamlara çəkilib, 15 yaşında televiziya aparıcısı kimi görünüb, 16 yaşında aktrisalıq, 18 yaşında isə model və müğənni karyerasına start verib. Argentinada böyük populyarlığa sahibdir və sosial şəbəkələrdə milyonlarla izləyicisi var.
Oriana və Paulo 2017-ci ildə Ariana Qrandenin konsertində tanış olublar. Futbolçu həmin vaxt artıq sosial şəbəkədə Sabatinini izləyirdi, lakin ilk mesajı məhz həmin görüşdən sonra yazıb və münasibətləri sürətlə inkişaf edib.

“Bir dəfə şam edirdik, ona baxdım və sanki onu milyon illərdir tanıyıram kimi hiss etdim. İlk görüşdən aramızda çox güclü bağ yarandı. Sanki içimdən bir səs deyirdi ki, bu, məhz odur”, - deyə Sabatini münasibətlərinin başlanğıcını xatırlayıb.
Cütlüyün münasibətləri 2018-ci il dünya çempionatından sonra ictimaiyyətə məlum olub. 2024-cü ilin yayında isə Buenos-Ayres yaxınlığında toy mərasimi keçiriblər. Argentinada “ilin toyu” adlandırılan mərasimdə Rodriqo De Paul, Leandro Paredes və Anxel Di Maria kimi milli komanda yoldaşları da iştirak edib.

2025-ci ildə cütlük övlad gözlədiyini açıqlayıb. Ötən ay - 2 mart tarixində isə onların qız övladı dünyaya gəlib. “Anaya və ataya alqışlar”, - deyə Sabatini doğuşdan sonra paylaşım edib.
Əslində doğum 11 mart tarixinə planlaşdırılmışdı, lakin Dibala qızının bir qədər tez dünyaya gəlməsini istəyirdi. “11 mart qayınanamın ad günüdür. Ona görə də artıq demişdim ki, ümid edirəm, 10-u olar”, - deyə futbolçu zarafatla bildirmişdi.


-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var








.jpg)




























