Nida Xəbər
Nura Suri nazirliyə çağırıldı
Ümumiyyətlə, əgər bir problem varsa, gec-tez onun bir nəticəsi olmalıdır. Nəticənin müsbət və ya mənfi olması ikinci məsələdir, əsas odur ki, reaksiya var.
Publika.az xəbər verir ki, bu sözləri bir müddət əvvəl Mədəniyyət Nazirliyi ilə bağlı qalmaqallı açıqlamasıyla gündəmə gələn müğənni Nura Suri sosial şəbəkədə yazıb.
O, nazirliyə çağırıldığını bildirib:
“Mədəniyyət Nazirliyinə yazdığım ərizəmi nə məktubla, nə də e-mail ilə cavablandırdılar. Məni 10 dekabrda nazirliyə dəvət edib müəyyən məsələləri müzakirə etdilər. Problemlərin tam həll olunub-olunmadığına hələ əmin deyiləm, amma bu da bir nəticədir.
Bu aktivliyin özü – həm mənim, həm də sənət dostlarımın qaldırdığı məsələlərin və səsimizin nəticəsidir. Bu da bir nəticədir”.
Qeyd edək ki, Nura Suri, müğənni Almaxanım Əhmədova və bir çox sənət adamı dövlət tədbirlərinə dəvət olunmadıqları ilə bağlı qalmaqallı açıqlama vermişdilər.
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...




































