Nida Xəbər
Ermənistan Azərbaycandan gələcək bu məhsulu gözləyir: Artıq yola salınıb
Tezliklə Azərbaycan və Gürcüstan vasitəsilə Ermənistana yeni taxıl göndəriləcək.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan jurnalistlərə bildirib.
Nazirin sözlərinə görə, yük artıq yola düşüb.
Papoyan qeyd edib ki, yük çatdıqdan sonra əlavə məlumat veriləcək.
Azərbaycandan neft məhsullarının tədarükü ehtimalını şərh edən nazir vurğulayıb ki, bu barədə məlumat yalnız onların ölkəyə faktiki çatdırılmasından sonra açıqlanacaq.
Eyni zamanda, Papoyan ayrıca olaraq Ermənistan konyakının ixracı məsələsinə toxunaraq bildirib ki, təhlükəsizlik baxımından ən etibarlı marşrut Lars keçid məntəqəsindən keçən quru yoludur.
Xatırladaq ki, Rusiya buğdası Ermənistan sərhəd dəmir yolu stansiyası olan Ayrum stansiyasına (Ermənistan-Gürcüstan sərhədi) 5 noyabr axşamı, Qazaxıstan buğdası isə 8 noyabrda çatıb. Bunlar Rusiyadan Azərbaycan və ya onun ərazisindən keçərək Gürcüstana, daha sonra isə Ermənistana 35 il ərzində ilk birbaşa dəmir yolu daşınmaları idi.
Tural
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var




































