MDB
Moldova MDB-dən çıxmasının səbəbini açıqladı: Günahkar Rusiyadır
Aprelin 2-də Moldova Parlamenti Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması haqqında Sazişi, müvafiq protokolu və təşkilatın nizamnaməsini ləğv etmək qərarı qəbul edib.
Publika.az xəbər verir ki, bu barədə Moldova Parlamentinin mətbuat xidməti məlumat yayıb.
Moldova Xarici İşlər Nazirliyi təsis sənədlərinin pozulması təşəbbüsünü irəli sürüb. Nazirlik vurğulayıb ki, MDB-nin fundamental dəyərlərinə və prinsiplərinə artıq hörmət edilmir və təşkilatın özü mövcudluq səbəbini itirib.
Moldovanın MDB-dən çıxmasının əsas arqumenti kimi Rusiya Federasiyasının ərazi bütövlüyünün qarşılıqlı tanınması və sərhədlərin toxunulmazlığı prinsipini kobud şəkildə pozması göstərilib.
Xüsusilə, Kişinyov Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müharibəsini, Gürcüstana qarşı təcavüzünü və Rusiya qoşunlarının Moldova ərazisində, Dnestryanı bölgəsində qanunsuz mövcudluğunu birliyin təməllərinin tamamilə dağıdılmasının sübutu kimi göstərir.
Sənədlərin ləğvi Moldovanın Avropa Birliyinə tamhüquqlu üzvlüyünə doğru təbii və qaçılmaz bir addım kimi qəbul edilir.
Təşkilatdan çıxmaq ölkə büdcəsinə ildə təxminən 3,1 milyon ley (150.000 avrodan çox) qənaət etməyə imkan verəcək. Bu, Moldovanın MDB büdcəsinə üzvlük haqqının məbləğidir.
Müəllif: Tural
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi






































.jpg)
