Nida Xəbər
Ərdoğandan Azərbaycan açıqlaması: Türkiyəni utandırdılar
“Türkləri bir-birindən ayırmaq üçün bütün yollar sınaqdan keçirildi. Kimliyini müdafiə edən, dəyərlərini qoruyanlar turançılıqda ittiham olunaraq ya sürgün edildilər, ya da dar ağaclarının qurbanı oldular. Türk dünyasının varlığından danışmaq təkcə sərhədlərimizdən kənarda deyil, 1940-cı illərin təkpartiyalı (CHP) dövründə də qadağan edilmişdi”.
Publika.az xəbər verir ki, bunu dekabrın 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Təkpartiyalı dövrdə Türkiyədən kənarda da türklərin olduğunu demək cinayət sayılır, işgəncə görmək mənasına gəlirdi. Boraltan faciəsi CHP-nin Türkiyə tarixinə düşmüş qara ləkəsidir. Boraltan faciəsi həm millətimiz, həm də Azərbaycan türkləri üçün sağalması uzun illər çəkən dərin yaralar açıb. CHP bu gün də Türk dünyasına hələ də çəp baxmağı davam etdirir”, - o bildirib.
Rəcəb Tayyib Ərdoğan sözlərini belə davam etdirib:
“Qarabağda 44 gün davam edən vətən müharibəsində bunu bir daha gördük. Türkiyəni Azərbaycana dəstək verməkdə ittiham etdilər. CHP-nin xarici siyasətini yönəldən şəxs ortaya çıxıb danışdı. Necə ki, 1945-ci ildə Boraltan faciəsində olmuşdu, Qarabağın azadlıq mübarizəsində də millətimizi məyus etdilər, utandırdılar”. (Teleqraf)
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...





































